Akademik Tədqiqat və MəqalələrMəqalələr

Ömər Faiq Nemanzadə Azərbaycan Demokratik Respublikasında

By May 27, 2020 No Comments

28 May – Respublika Günü münasibətilə professor Şamil Qurbanovun “Ömər Faiq Nemanzadə” kitabından “Azərbaycan Demokratik Respublikasında” fəslini təqdim edirik. ADR dövründə Ömər Faiq bəzi sənədlərdə Nəzarət naziri kimi də gedən Şəhər polis nəzarətçisi vəzifəsini yerinə yetirirdi. Onun Azərbaycan Dövlət Respublikasında gördüyü mühüm işlərdən biri də Əli Bayramovun qatillərinin ifşası idi. Yazıçı Manaf Süleymanov həmin istintaq sənədlərinin Ömər Faiqlə əlaqədar olan hissəsini tərcümə edib “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” («Дни минувшие») kitabına salmışdır.