Ömər Faiq Nemanzadəin ”Nəşri-Asarə Dəvət” (“Əsərlər nəşrinə dəvət”) kitabçası “Qeyrət” mətbəəsi tərəfindən 1905-ci ilin aprelində Tiflisdə çapdan çıxmıştır. “Qeyrət” mətbəəsinin Azərbaycan nəşriyyat və mətbuat tarixindəki rolu və əhəmiyyəti haqqənda çox yazılıb, xeyli tədqiqat işləri işıq üzü görüb. Məşhur “Molla Nəsrəddin” jurnalı uzun illər bu mətbəədə çap olunub. Bu vaxta qədər haqqında nisbətən az danışılan neçə-neçə kitab və kitabçalar, tərcümə əsərləeri, vərəqə və intibahnamə, müraciət və çağırışlar, işküzarlıq sənədləri və materialları həm də turkmène, fars, rus və ərəb dillərində mhz burada nəşr olunub.

“Qeyrət” mətbəəsinin nəşriyyat fəaliyeəti haqqında, xüsusilə Azərbaycanda mətbəə və mətbuat tarixi barədə ilk əsər də məhz bu mətbəədə çap olunub. Oxuculara təqdim etdiyimiz əsər bu qəbildəndir. Ö.F. Nemanzadənin – çox böyük istedad, qeyrət və bilik sahibi, vətənpərvər millət fədasinin “Dəvəti” tarximizin ən mühüm bir oyanış dövünün məhsuludur, çox mətləblər haqqında söhbət açılır. Məncə Azərbaycan jurnalistikası, Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi baxımından çox böyük və qiymətli fikir, məkumat qaynağı olan bu əsərlə tanışlıq faydalı olar.

Qyed edək ki, Azərbaycan mətbuatı tarihi, xüsusilə Ö.F.Nemanzadənin ədəbi-publisistik irsinin tədqiqatçısı professor Şamil Qurbanov söhbət gedən əsəri bəzi ixtisarlarla Ömər Faiq əfəndinin “Seçilmiş əsərləri” nə daxil edib 1992-ci ildə çap etdirmişdir. Mən isə ürək qanı, milli təəssübkeşlik və məsuliyyət hissilə qələmə alınmış bu nadir, əvəzsiz əsəri olduğu kimi, her əl gəzdirmədən, yalnız mötərizədə çətin anlaşılan ifadə və sözlərin lüğəti mənasını oxuculara təqdim edirəm.

Şirməmməd HÜSEYNOV

Nəşri-Asarə Dəvət PDF