Azərbaycan mətbuat həyatının, “Molla Nəsrəddin” jurnalının və xüsusilə Ömər Faiq Numanzadə ilə əlaqəli mühüm mənbələrin siyahısını tədqiqatçılar üçün təqdim edirik.

Sözügedən mənbə Ömər Faiqin dövrün bir çox jurnal və qəzetlərində yazdığı yazıları və təxəllüsləri də xronoloji olaraq sıralayan biblioqrafiyadır.

“Ömər Faiq Biblioqrafiyası” adlı bu əsər Yəhya Kamaloğlu tərəfindən hazırlanmışdır. Yəhya Kamaloğlu, Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda Ömər Faiq Numanzadənin təhsili, siyasəti və dini ilə bağlı fikirləri mövzusunda magistrlik dissertasiyasını müdafiə etmişdi. Hələ də İstanbul Mədəniyət Universitetində fəlsəfə fakültəsində işləyir və Gelibolulu Mustafa Əlinin siyasi düşüncəsinə dair doktorluq dissertasiyasını davam etdirir.