Məqalələr

Dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir. Rafiq Səfərov

By January 10, 2020 No Comments

Görkəmli mollanəsrəddinçi, istedadlı qələm sahibi, publisist, jurnalist və ictimai xadim Ömər Faiq Nemanzadə XX əsr Azərbaycan milli mətbuatının inkişafında, xalqımızın dirçəlişi və xoşbəxt gələcəyi uğrunda mübarizədə yaxından iştirak etmiş və ictimai flkir tariximizdə öz dəsti-xəti ilətanınan mütərəqqi ziyalılarımızdan biridir. O, “mollanəsrəddinçilər” adı ilə məşhur olan fikir сərəyanının rəhbəri Сəlil Məmmədquluzadənin sədaqətli məslək yoldaşı olmuşdur. C.Məmmədquluzadə Ömər Faiqlə birgə “Şərqi-Rus”da, sonra isə “Qeyrət” mətbəəsində fəaliyyəti ərzində onu istedadlı qələm sahibi və öz əqidəsinə uyğun mətbuata ehtiyacı olan bir mühərrir kimi tanımışdı.

XX əsrin əvvəlləri Ö.F.Nemanzadənin fəaliyyətinin daha məhsuldar dövrüdür. O, mühərrirlik fəaliyyətinə türkcə dərc olunan “Şərqi-Rus” qəzetində başlamış, 1903-1905-ci illərdə “Şərqi-Rus”la əməkdaşlıq etmişdir. Qəzetin birinci nömrəsi 1903-cü il martin 30-da Tiflisdə çap olunmuşdu. Ö.F.Nemanzadə türkcə “Şərqi-Rus” qəzetinın çıxmasını, milli mətbuatın yaranmasını böyük sevincləqarşılayırdı.

Qəzetin rəsmi redaktoru M.Şahtaxtlı olsa da, əsas mühərrirləri C.Məmmədquluzadə vəÖmər Faiq idi. “Şərqi-Rus” fəaliyyətini dayandırarkən Ömər Faiq, C.Məmmədquluzadə və Məşədi Ələsgər Bağırov qəzetin mətbəəsini birgə alaraq 1905-ci ildə müstəqil “Qeyrət” adlı nəşriyyat təsis etmişlər.

Bu, Azərbaycan mədəniyyəti tarixində ilk milli müəssisə idi və adından da göründüyü kimi, qələmi, imkanı və bacarığı olanları xalqa onun doğma ana dilində doğru söz deməyə, milli dirçəliş və tərəqqi uğrunda qeyrət göstərməyə çağırırdı. “Qeyrət” nəşriyyatının buraxdığı ilk kitab Ömər Faiqin “Dəvət” əsəri olmuşdur. Ö.F.Nemanzadənin 1905-ci ildə həmin mətbəədə çap etdirdiyi “Dəvət” oxucuları məhz belə qeyrətə dəvət idi. Bir qədər sonra bu mətbəədə məşhur “Molla Nəsrəddin” jurnalı nəşr olunmağa başlayır.

Ö.F.Nemanzadə 1906-cı ildən etibarən “Molla Nəsrəddin” jurnalının nəşrində fəal iştirak etmişdir. O, 1906-cı ildən 1917-ci iə qədər jurnalın məsul katibi və yaxud C.Məmmədquluzadədən sonra 2-ci redaktoru, Mirzə Сəlil olmayanda “jurnalın məzmunu barəsində” sahibi-ixtiyar kimi fəaliyyət göstərirdi. “Molla Nəsrəddin” həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı olmuşdur. Jumalın ilk nömrələri C.Məmmədquluzadə ilə Ö.F.Nemanzadənin gücünə çap olunurdu. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni bir üslub yaradan “Molla Nəsrəddin” ümumən ədəbiyyatın inkişafında bir dönüş nöqtəsi oldu.

Mirzə Сəlil “Molla Nəsrəddin” jurnalı vasitəsilə mürgüləməkdə olan məzlum Şərqə üz tutaraq mənalı bir tərzdə deyirdi: “Ey mənim müsəlman qardaşlarım! Zəmani ki məndən bir gülməli söz eşidib başladınız gülməyə, о vədə elə güman etmiyəsiniz ki, Molla Nəsrəddinə gülürsünüz. Əgər bilmək istəsəniz ki kimin üstünə gülürsünüz, о vaxt qoyunuz qabağmıza aynanı və baxınız camalınıza”.

“Molla Nəsrəddin” əsl xalq jurnalı idi. 1906-cı ilin 10-cu nömrəsindən başlayaraq “Molla Nəsrəddin” öz oxucularına epiqraf şəklində bildirirdi: “İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar”. Jurnalın kəskin siyasi felyetonları, inqilabi ruhlu şeirləri, həqiqətpərəstlik və ifşaçılığı, çar hökuməti, yerli burjuaziya və din xadimlərinə qarşı ardıcıl mübarizə aparması onun senzura tərəfindən izlənməsinə, təhdid edilməsinə səbəb olurdu.

Görkəmli şair, nasir və publisist M.S.Ordubadi “Hərdəmxəyal”, Ö.F.Nemanzadə “Ümidvar”, şair Əli Razi “Dabanıçatdaq xala”, “Heyvərə”, Əli Məhzun “Yetim cücə”, Bayraməli Abbaszadə “Hammal”, Salman Mümtaz “Xortdan Bəу” imzaları ib yazır və “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edirdilər. Əsasən, “Molla Nəsrəddin” təxəllüsü ilə yazıb-yaradan Mirzə Сəlil qismən də “Lağlağı”, “Dəli”, “Cırcırama”, “Hərdəmxəyal” və s. imzalarla jurnalda çıxış edirdi.

Ömər Faiq “Molla Nəsrəddin”lə yanaşı, “Həyat”, “Tərcüman”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qardaş köməyi”, “Azərbaycan” və s. mətbuat orqanlarında “Ümidvar”, “Dərdmənd”, “Lağlağı”, “Cəhrəçi xala” və başqa imzalarla dövrün aktual problemlərinə dair kəskin məqalələrlə çıxış etmişdi.

Məqalələrində (“Dərdimiz və dərmanımız”, “Nə üçün haqqımızı istəmiriz?”, “Ağacı qurd içindən уеуər”, “Мən kiməm?”, “Molla Nəsrəddin” bağlandı”, “Məzlum ən böyük zalımdır”, “Alınan azadlığı nə cür saxlamalı”, “İşığımız sönməyəcək”, “Çinovniklərimiz”, “Milli məsələlərimizin vaxtımı?”, “Həsən əminin şikayəti”, “Milliləşmək”, “Yazımız, dilimiz, “İkinci ilimiz”, “Dilimiz və imlamız”, “Müəllimlərimiz nə üçün Bakıya qaçırlar” və s.) çarizmin müstəmləkəçilik siyasətini ifşa etmiş, xalqımızın ictimai-siyasi mübarizəsini və mənəvi inkişafını, zülm və istismara, cəhalətə, fanatizmə qarşı mübarizəsini əks etdirmişdir. 

Ö.F.Nemanzadə 18 oktyabr 1906-cı il tarixli 245 №-li “İrşad” qəzetində dərc etdirdiyi “Məzlum ən böyük zalımdır” məqaləsində xalqın zülm altında inləməsinin başlıca səbəbini məhz onun zülmə, həqarətə, döyülməyə, əziyyətə, qorxaqlığa səbir və adət etməsində, zalımlara, müstəbidlərə ziyadə itaət etməsində görürdü. О qeyd edirdi ki, əsl zalım və günahkar zülm edənlər deyil, bəlkəzülmə, həqarətə səbir edənlərdir: “…Bəsdir bu qədər səbir, bəsdir çəkdiyiniz bu qədər həqarət. Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək: cənablar, biz öz dilimizlə oxuyub dilimizi, milliyyətimizi bilmək istəyirik. Biz öz dilimizə, dinimizə məxsus olan məktəblərimizi özümüz idarə etmək istəyirik. Biz öz xahişimizlə rusca, firəngcə, nemescə oxuyub mərifətli, mədəniyyətli olmaq istəyirik, biz istəyirik ki, bir para milli işlərimizi özümüz idarə edək, adətimizdən bixəbər olan cahil və zalım qulluqçular bizim başımıza bəla olmasınlar… Bəli, vaxtdır, biz də tərpənək, hüququmuzun mühafizəsinə çalışaq, lıaqq vəmüsavat yolunda tökülən qanların səmayə əks edib süni şəfəqlər təşkil edən belə həngamələrdə aciz və miskinlər kinıi qafilanə yatmayaq…”

Azərbaycanın digər mütərəqqi ziyalıları kimi Ö.F.Nemaıızadəni hiddətləndirən məsələlərdən biri də Azərbaycan xalqının özünü türk deyil, müsəlman adlandırması idi.

O, 1917-ci ilin mayında “Qardaş köməyi” məcmuəsində dərc etdirdiyi “Mən kiməm” məqaləsində qeyd edirdi: “Ey qafqazlı türk, sən çoxdan islam qeyrətini çəkirsən və bu qeyrətlə hətta öz adını da itirmişdin. Sən islam uğrunda о qədər çalışmış, əqidə qovğalarında о qədər zərər çəkmiş, о mərtəbə yorulmuşsan ki, axırda bu gün onların adlarını çəkmək istəməyib təkcə müsəlman olmaq xəyalına düşmüsən… Zəmanəmizdə, yəni …. cins və millətlərin hökm sürdüyü böylə bir çağda insanın öz soy və millətini tanımaması, daha doğrusu, özünü bilməməsi ən böyük günahlardan, silinməz ləkələrdən biridir… Məhkum millətlərin öz varlıqları, öz hüquqlarını saxlamaq iddiası ilə bu qədər qan tökülən bir vaxtda bizim özümüzü tanımamazlıq bəlası, dərin düşünülürsə, qarayaradan da, onun çibanından da daha acılı və daha zəhərlidir… Mən iddia etmək deyil, uca səslə bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş adını belə bilmiyiriz”. 

Ö.F.Nemanzadə daha sonra qeyd edir: “Ey türk, sənin başına çox işlər gəlmişdir, çox əqidələr dolmuşdur. Çox şeylər bilirsən və bu gün də çox cahil deyilsən! Bir çox ədiblərin, müəllimlərin, mühəndislərin, doktorların, advokatların, məktəblərdə yüzlərcə tələbələrin var!.. Ancaq, ancaq bircəxüsusda cahilsən. О barədə heç bir zad bilməyirsən… Sən hər şeyi öугənmək istədiyin halda, niyə bircə zadı – yəni özünü bilmək istəmirsən, niyə varlığından, öz vücudundan, öz soy və nəslindən xəbərin yox? Niyə sənə “Kimsən?” dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən türk idin? İndi də türksən və bundan sonra da türk qalacaqsan. Sən, ey türk! Nə əqidədə, nə məsləkdə olursan-ol, həmişə türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin… Ey özündən bixəbər türk! Mədəniyyət əsrləri, nizam idarə və əsayiş üsulu, “yasaq” qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sən öz dadlı dilini cığırından çıxarıb bügünkü acınacaq hala salan ərəb əlifba və yazısından əvvəl sənin göyçək əlifba vəyazın var idi. Ey özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət göstərən türk, yadına sal ki, sənin ruhun, sənin qanın, sənin düşüncən, sənin varlığın hənuz sənin özundə ikən sən bugünkü kimi dilsiz, yazısız, yəni milli nişanəsiz deyildin”.

Ö.F.Nemanzadə millətpərvərlik əqidəsini yüksək qiymətləndirərək qeyd edirdi: “… Bu gün eynidən-eyniyə qanıram ki, dini əqidədən sonra insanda doğan dünyəvi əqidələrin birincisi millətpərvərlik əqidəsidir, ictimai fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsidir, millətini bilmək elmidir. Millətpərəstlik əqidəsi özgə əqidələrin mərhələsi, keçididir… Bu halda ki …ən birinci əqidəmiz azad millətpərəstlik əqidəsi olmalıdır…” Xalqın savadlandırılmasını azadlıq yolunda, özünüdərk və milli oyanış yolunda əsas şərtlərdən biri hesab edən Ö.F.Nemanzadə qeyd edirdi: “Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun”.

O, xalqın savadlandırılması və maarifləndirilməsi məsələlərinə həsr etdiyi və 5 may 1904-cü il tarixli 52 №-li “Şərqi-Rus” qəzetində dərc edilmiş “Nə üçün haqqımızı istəmiriz?” məqaləsində qeyd edirdi: “Bu gün bizim ölüm-dirim məsələmiz maarifdir. Öylə maarif ki, bu gün dava kimi ən nazik və dəqiqəsi milyonlar qiymətində olan bir vaxtda belə müharib dövlətlərin hər ikisi də, bir tərəfdən, onu da əldən buraxa bilmirlər… Zaman təqazası dəyişdi. Biz də buna görə dəyişməli, hərəkət etməliyik… Bir çox şəhərlərdəki sənət ziraət və şəhər məktəblərinin xərcinin bir qismini, bəlkəböyük bir hissəsini biz müsəlmanlar veririz. Nüfusa, pula nisbətlə ildə bir neçə uşağımızın pulsuz oxudulmağı da nizam daxilindədir. Halbuki cəmaətimizin göz yummasından, məhəlli qazılarımızın, böyüklərimizin diqqətsizliyindən о kimi yerlərimizi, haqqımızı özgələr zəbt etməkdədir. Bu kimi yerlərdə dördgöz olub millət balalarımızın rus məktəblərinə getmələrinə çalışmalıyıq. Bu yolda camaatı alışdırmalı, təşviq etməliyik. Çünki zəmanəmizdə rus məktəblərindən ürkmək, ictinab etmək maarif bağçamıza gələcək ən qüvvətli bir su arxını kəsmək deməkdir. Balalarımızı bir tərəfdən rus məktəblərinə göndərməklə bərabər, buralara gedəmiyənlər üçün də her şəhərdə, hər böyük kənddəxüsusi məktəblər açmalıyıq. Üsuli-cədid məktəblərimizi çağlatmalıyız. Xərab olan mədrəsələrimizi canlandırmalıyız… Нər şəhərdə mütləq və mütləq ucuz qiymətli, hətta pulsuz qiraətxanələr açmalı, …gözümüzün önündəki milli, vacibli hallarımıza fürsətdən vaxtında istifadə edib çarələr axtarmalıyız. Nə üçün lazımi məsələlərə çalışmayırız, nə üçün haqqımızı istəməyiriz?”

C.Məmmədquluzadə Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədəmövqeyini necə düzgün müəyyənləşdirdiklərini “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz о oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq. Birinci nömrəmizin baş məqaləsində yazmışıq ki, açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir. Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinəinanmışdılar”.

“Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa, tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur? Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizdə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”

Ə.Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli və başqaları  illər boyu yaratdıqları əsərləri ilə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmiş və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını, demək olar ki, birlikdə təşkil etmişlər.

Ö.F.Nemanzadənin 30 aprel və 3 iyun 1919-cu il tarixli “Azərbaycan” qəzetində dərc edilmiş “Hazır ol!” məqaləsi xalqı müsəlman Şərqində yenicə yaradılmış gənc demokratik respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, qarşılaşdığı təhlükələrdən qorunmağa hazır olmağa səsləyirdi:

“Hazır ol cəngə, əgər istər isən sülh və səlah… Bu hazırlıq isə mütləq tüfəng və topla deyil. Hazırlıq mütləq qan tökmək üçün deyil, bəlkə qan tökdürməmək üçün bir vasitədir… Qafqazda əksəriyyət məhəlliyəni təşkil edən türk yerləri birər-birər əlimizdən çıxır. Yekə üç yüz minlik Qars oblastı getdi. Naxçıvan, Sürnıəli və Şəruru qeyb etdik. Cənubi-islam məmləkətlərilə rabitəmiz kəsildi. İştə böylə qızdırmalı və xəstə bir vaxtda bütün mövcudiyyətimizə zərbə endirmək istəyən Denikin qüvvəti yuxarıdan və şimaldan üstümüzə çökür. Vətənimizdə sülh və səlah deyil, vətənimizin özü təhlükəyə düşür. Buna görə “cəngə” adi surətdədeyil, bütün mövcudiyyətimiz ilə hazırlaşmalıyız. Həm top, tüfəng və xəncərlə hazırlaşmalıyız. Ey azərbaycanlı! Yaxşı bil ki, üstünə gələn yırtıcı, ayılardan daha yırtıcıdır. Vəhşilərdən daha vəhşidir… Ey Azərbaycan! Ey hər kəsin gözü düşən nazənin vətən! Yatma, yatma ki, birdən-birə “ürəyin” üstünə çökməyə, hərarəti-həyatiyyəni söndürməyə qəsd ediyorlar. Ey azərbaycanlılar, ey böyük və şanlı cahangir nəvələri! …Təkrarən fəqan ediyorum: Vətənin hər yandan təhlükə içindədir! Onu təhlükədən qurtaracaq yalnız və yalnız sənin silahındır, sənin qüvvətindir. Burasını da eyib bil ki, sən özgəsini, özgə torpağını qurtarmırsan, özünü, öz evini, öz balalarını qurtarırsan! Çünki vətən sən, sən vətənsən..”.

Azərbaycanın digər xalq yazıçısı Elçin Əfəndiyev Ö.F.Nemanzadənin yaradıcılığı haqqında yazdığı “O işıq əsla sönməz” adlı məqaləsində ona yüksək qiymət verərək qeyd edirdi: “Ömər Faiq Nemanzadə (1872-1937) Azərbaycan mədəniyyətinin о tarixi simalarından biridir ki, onlar bütün ömürlərini xalqın inkişafı naminə heç nədən çəkinmədən, yorulmaq bilmədən fəaliyyətə, böyük hərfli Mütəfəkkir-vətəndaş fəaliyyətinə həsr etmişlər və bu böyük fəaliyyət nə qədər ali, işıqlı olmuşsa, şəxsi həyat bir о qədər acı, uğursuz və etibarsız olmuşdur”.

Görkəmli Azərbaycan ədəbiyyatşünası Abbas Zamanovun 1979-cu ildə çap olunmuş “Əməl dostları” adlı monoqrafiyasında qeyd etdiyi kimi, Ö.F.Nemanzadənin mətbuat tariximizdəki yüksək xidməti uzun müddət layiqincə qiymətləndirilməmişdir. Nəhayət ki, 1983-cü ildə Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli hadisə baş verdi.

Professor Ş.Qurbanovun S.Rzayevlə birlikdə tərtib etdiyi və professor K.Məmmədovun redaktorluğu ilə Ö.F.Nemanzadənin “Əsərləri” (“Yazıçı”, 1983) nəşr olundu. Nəşr olunan bu kitabda ilk dəfə olaraq Ömər Faiqin publisistikasından nümunələr bir уеrə toplanaraq səliqə ilə və böyük rəğbətlə müasir oxucuya təqdim olunmuşdur.

Ö.F.Nemanzadənin yaradıcılığını əks etdirən həmin materiallar görkəmli mollanəsrəddinçi, istedadlı publisist, jurnalist və ictimai xadimin istedadı, əqidəsi və fəaliyyəti haqqında geniş təsəvvür yaradır. Bu kitab eyni zamanda bir daha sübut etdi ki, həyatını xalqının mənafeyi naminə yaşamış qələm sahibi heç vaxt unudulmur və unudula bilməz.

“Kaspi nəşrləri” seriyası

“KASPİ” – MAARİFÇİLİK MEYDANI

Kitab Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə və “Kaspi” qəzetinin 135 illik yubileyinə həsr olunur

“Kaspi nəşrləri” layihəsinin rəhbəri, kitabın ideya və ön sözünün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva

Redaktor: Fərid Hüseyn

“Kaspi”- maarifçilik meydanı” kitabı “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi əsasında işıq üzü görür

“Kaspi” – maarifçilik meydanı”.

Bakı, “Zərdabi LTD” MMC, 2016, 652 səh.

“Kaspi” – maarifçilik meydanı” kitabında 2013-2015-ci illər ərzində “Kaspi” qəzetində dərc olunmuş Həsən bəy Zərdabi, Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer almışdır. Kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

ISBN 978 9952 504 48 4