Akademik Tədqiqat və MəqalələrMəqalələr

Cafar Mustafayev Dissertasiyası

By February 28, 2020 No Comments

Araştırmacı Cafar Mustafayev, Mərmərə Universiteti Türkiyə Araştırmaları İnstitutunda, Türk Tarihi Anabilim Dalı Ömər Faiq Nemanzadənin həyətı və fəaliyyəti mövzusunda magistrlik dissertasiyasını müdafiə etmişdi. Hələ də İstanbul Universitetində tarix fakültəsində işləyir və doktorluq dissertasiyasını davam etdirir.

“Sovet dövründə Molla Nəsrəddin jurnalı məzmun baxımından mənimsənmiş və Ərəb əlifbasından kirilcəyə çevrilərək yenidən dərc olunan tələmseyrək mətbuat orqanlarından biridir. Bu jurnalın dərc olunmasında və Mollla Nəsrdəddinçilər cərəyanının yaranmasında Ömər Faiqin mühüm rolu var. Jurnalı Ömər Faiq və Cəlil Məmmədquluzadə  ilə birlikdə dərc  etmiş, bəzi məsələlərdə Ömər Faiqin Məmmədquluzadədən daha çox zəhmət və əməyi olmuşdur. Lakin Ömər Faiqin Türkiyədə təhsil aldığı, bu səbəbdən Çar Rusiyasının gözündə etibarsız olduğu üçün bütün rəsmi işlər Məmmədquluzadənin adından həyata keçirilmişdir. Buna görə Molla Nəsrəddinlə bağlı bəzi məsələlərdə Ömər Faiqin adı ikinci planda verilmiş və bu addan heç bəhs olunmamışdır. Sovet ideologiyası Cəlil Məmmmədquluzadənin yerli millətçilik anlayışıyla uyğunlaşsa da, Ömər Faiqin milliyyətçi fikirlərnə isə zidd idi. Buna görə də C.Məmmədquluzadənin Molla Nəsrəddin jurnalındakı fəaliyyəti ön plana çıxarılmış, Ömər Faiqin fəaliyyəti isə görməzdən gəlinmişdir. Bu araşdırmada Sovet dövründə edilən təhriflərin aradan qaldırımasına və Ömər Faiqin Molla Nəsrəddin jurnalındakı fəaliyyəti olduğu kimi göstərilməyə cəhd olunub.”