Ey həmiyyətli oxucu! Bir neçə gündür niyə bele bikefsən? “İrşad”ın 38~ci nömrəsini oxuyandan bəri nə çox məyus görünürsən! Nə var, nə oldu? “Əsrin Yezid ibn Müaviyələri” adındakı hürriyyətəngiz məqaləmi qanını xarab etdi? Senindəmi ürəyin, beynin buzladı? Nədi səndə o heyrət? Niyə öylə çaşğın durursan? Bax gözlərinin haləti də dəyişilib! Görünür, o məqalədə yuxandan aşağı “söz” şəklində tökülən qanlı göz yaşların üstə sənin də göz yaşların tökülmək istəyir. O bağrı yanq qələmdən qopan həzin fəryadlar sənin də bəsirət qulağını rahatsız edir! Eyidir ki, özünü saxlaya bilməyib ağlamaq istiyirsən!

Ağla əzizim, ağla! Ağla ki, en ziyada birlik və köməyə möhtac olduğumuz belə müsibətli günlərimizdə bele aramızda köhnə yırtıcı qurdların, hiyləgər tülkülərin kəskin dişlərinə qurban olacaq – olur mənziləsində bulunuruq.

Ağla, əzizim ağla ki, alçaq düşmənlərimiz bizi nə dərəcədə binamus və bidin hesab edirlər ki, aramıza güya şiyə-sünni nifaqı salıb bizi yenə bizim qəflət, cəhalət əlimizlə kəsmək istəyirlər?! Ah, dini-əzizimizə, namusi-milliyemizə bu nərmərtəbə həqarət, bizim üçün bu nə zillət? Bir mülahizə edin qardaşlar! Qonşunuzun məlunları bizi ne mərtəbədə heyvan yerinə qoyurlar ki səlahta, mərdliklə bacara bilmədiklərini hiylə ile meydana gətirdib iki müsəlman qardaşın arasına nifaq salmaq üçün bizim cəhalətimizdən, qafilərimizdən nəfibərdar olmaq xəyali-xamına düşüblər! Aman yarəb! Məgər müsəlmanlar o dərəcədə bihemiyyət, biqeyTət oldular ki, ermənilərin yollarına dinlərini satan müsəlman adındakı heyvanların öz aralarında törədiyini qanıb o kimi xəbis, murdar vücudları hökümət əlinə verib, yox edib ortalığı təmizliyə bilmirlər! Ey zərif ürəkli oxucu! Ağla,
ağla ki, anasız, çörəksiz, yurdsuz qalan yüzlərcə balalarımızın gözyaşlarını dayandırmaq üçün Bakıdan, Şəkidən, Şamaxıdan, Dağıstandan, Tatarıstandan, Türkistandan ianə alacağımız yerinə, ürəklərimizi bir qat daha parçalayacaq, məlunanə xəbərlər alırıq.

Mən təəccüb edirəm ki, belə bir vaxtda her cür şəkil ve surətə girməkdən həya etmiyən dəni təbiətli bezi ermənilərin hiylələrinə inanıb aldanan müsəlmanlar harda batıblar, nə cür müsəlmandırlar? Men məəttələm ki ermənilərin “bizim sünnilərlə işimiz yox” yalan ve fitnələrinə inanan müsəlmanlar nə cür camaat arasında qalırlar. Ne üçün “məcnunxana”lara getmirlər… Kimdir deyən ki, ermənilərin sünnilərlə işi yoxdur? Bu nə səfih söz, bu nə həmaqət! Ayə Zəngəzur, Qazax mahalında ermənilərin viran etdikləri kəndlərin, şəhid etdikləri canların çoxu sünni deyillərmi idi? Ayə, Tiflisdə şəhid edilən qalayçı ləzgilər sünni deyilmidilər? Ayə, Tiflisdə talan edilən ve yanan dükanların, evlərin bir xeylisi dağıstanh, şəkili sünnilərin deyilmi? Men qanmıram ki, ermənilər harada şiə ilə sünniyə təfavüt qoydular. Mən bilirəm ki, erməni bir müsəlmanı öldürən vaxtda demir ki, son şiəsən, ya sünni. Hətta noyabr vuquatında bir erməni bir silahsız sünnini öldürmək istəyəndə sünni güya canını qurtarmaq üçün erməniyə xitabən başladı ki; a qonşu! Siz deyirsiniz sünni ilə işimiz yoxdur, bil ki, mən sünniyəm, mənə dəymə! Erməni cavabında: a… beli, Osmanlıda bizim erməni balalarını nizəyə taxanlar siz sünnilər deyildiniz?.. Biz şiə, sünni bilmirik, müsəlmanların Qafqazdan kökünü qazacayıq. Amma Şəki, Şamaxı, Dağıstan və qeyri yerlərdəki hiyləgər ermənilər deyirlərmiş ki, bizim sünnilər ilə işimiz yoxdur. Həlbət özlərinin gücləri çatmadıqları, az olduqlan yerlərdə canlarının salamatlığı üçün elə deyəceklərdi. Ayə, bu mərhəmətli kirvələrin həmmezhəbləri nə üçün Zəngəzur Qazax və Tiflisdə də belə demədilər və demirlər? Ey zəifürəkli oxucu, doğrusu, mən sənin göz yaşlarına şərik ola bilməyəcəyəm. Hərçəndi erməninin yoluna səcdə edən, dinini bir qəpiyə satan müsəlman adındakı bir-iki dinsizin, namussuzun aramızda tapıla biləcəyinə inanıram. Lakin heç vaxt inana bilmərəm ki, adını gerçəkdən (doğrudan) müsəlman qoyan, Allahın birliyinə, Quranın haqlığına, Məhəmmədin peyğəmbərliyinə ürəkdən inanan şiə və sünni müsəlman qardaşlarım elə bir-İki nanəcib, haramzadə, bidin bir məlunun fıtnə-fasadına qulaq asalar.

Mən son mərtə ümidvaram ki, Şəki, Şamaxı, Bərdə, Dağıstan və qeyri yerlərdəki həmiyyət və ittihadpərvər üləmalarımızın nüfuzları qarşısında bir zad qayıra bilməzlər.

Mən əminəm ki, buralardakı həmiyyət sahibi din qardaşların belə bir zamanda iki müsəlman qardaşın arasına nifaq salan məlunların murdar ayaqlarını öz məmləkətlərinə basdırmazlar. Mən ümidvaram ki, bir az ağlı başında olan hər müsəlman, xüsusilə millətin atalan yerində olan ruhanilər millətimizin səbəbi-zəlalətini və bugünkü heqirliyimizin alətini nifaqda bilib hər zaman bayisi-rifah və səadətimiz olan ittihaddan bir an, bir dəqiqə geri durmazlar.

Ümidvar

“İrşad” qəzeti, 1906, № 46