Qəzet Publisistika

Son bir-iki söz

By February 9, 2020 No Comments

Müqəllid əfandi’

Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir.
Yazdığınız bəhs barəsində irəvanlı möhtərəm və fazil cənab Abdulla əfəndi ilə lazımi qədərincə lütfanə, zərifanə xeyli söhbət etdik. Bu bəhsə de çoxdan nəhayət verdik. Əcəba, zati müqəllidanəəri, imdiyə qədər harada idiniz? Bir fikir edin. 32-ci nömrə harda, 42-ci nömrə harda?
Əcəba, qelbinizdəki nədir? Əcəba, indiyə qədər qəzetə yazacaq bir şey tapmadınızmı ki, heç münasibəti yox ikən keçmiş bir bəhsi tezələndirərək, nə olursa olsun yazmaq üçün dediyiniz kimi, “mən də varam” dərdi ilə ortaya atılıbsınız. Əfendim! İstərsəniz daha o yanə tullanınız, bundan daha şiddətli və həqarətli sözlər yazınız, menim şəxsiyyətlə işim yoxdur. Çünki böylə dəqiqəsi belə ən qiymətli olan bir vaxtda, xüsusilə bu günlərdə – ümumi, milli işləri buraxıb da yalnız şəxsiyyətlə ve fayidesiz cavablara cavab yazmaqla ömrü fotə verməyin özü də cahilliyin bir növüdür.

Buna göre təkrar edilmiş bəhsi bir daha təkrar etmək adətində bulunmayacağam: cavab vermiyəcəyəm. Zira böylə adi və uzun cavablara cavab vermək dəryanı xəlbir ilə ölçmək demək olduğundan əbəs-iştiqalə vaxtım yoxdur. Ancaq meni yazdıqlanmı “müqellid” sözünün nə cür adamlara söylədiyimi, yazmaq demək istəyib de – zərurət ve zaman müqtezası ilə – açıq yaza bilməyib kinayə teriqi ilə söylədiyim mətləblərin bəsirət sahiblərinin nəzeri-diqqetlerine həvalə edirəm. “Şərqi Rus”un fevral ayındakı nüsxələrini diqqətlə oxuyanlar mənim “müqellid” namıni kimlərə vermək istədiyimi anlarlar. Adlarını söyləmək, dəlil gətirmək lazım deyil. Bəsirət və edaleti olanlara məlumdur. Yaxşı bir fikri, faydalı bir məsləki təqlid edənlərə daş atmaq deyil, can fəda, baş qurban! Burasını əvvəlcədən söyləmişdim. Bilmirəm buralarını nə üçün anlamaq istəməyib, çaldığınızla oynayırsınız? Ah, aləm nə dərddə, biz nə vuruşmalarda nələr yazmaqdayız! Heyhat, özgələr ne qayğıda, bizlər nə adi işlərin dalmdayız. Vay, vay! Zaman nə deyir, biz ne eşidiriz.

  
Qələmin meqsudi-safindan xəbərdar olmuyan,
Edəcək, əlbəttə, təqlid ilə bi zar məni.

Nemanzadə

Şərqi-Rus qəzeti, 30 May 1904