“Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi-Rus” da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğıma düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə, əlbəttə, hənuz yadınızdadır.

“Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əwel oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiələr, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabam, div, əjder, sehr, simsim…hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar… Ah, o sözlər, o qorxulu sözlərin kiçiklikdə xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dinlədiyim yeddibaşlı əjdəriər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə şeherə qədər yuxulamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların
təsiri ilə vücuduma düşən titrəmələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışırdılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di… bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanma buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yan gecədə evinə gəlmiş, qapım vurmuş, oğlu Aslan qonaq sanaraq qapım açmış, kefənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki, oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş…”

İşdə böylə, buna oxşuyan xortlaq hekayələrini her kəs az-çox eşitmişdir sanıram. Bugünkü felyetonda yuxanda sözlərdən yalnız xortlaqdan danışmaq istərəm: görək xortlaq həqiqətən ola bilərmi, yoxsa böylə sözlər bütün-bütün kökündən yalanımdır? Xortlağın elm ve fənn nəzərincə vücudu mümkündür ya yox?

Burasını anlatmaqdan əvvəl, buna aid olan 1 -2 həqiqi vaqiəni zikr etmək istərəm. Söyləyəcəyim vaqiələr Parisdə, Hindistanda yüzlərcə alimlərin, doktorların, minlərcə adamların gözləri qarşısında olmuş, görülmüşdür. Məqsədim heç bir vaxt boş bir hekayə, əsassız bir xəyal anlatmaq deyil. Fənn və əqlin qəbul etdiyi her kəsin gördüyü vaqiələrdən burada ancaq bir-ikisini yazmaqdır: 1880 tarixində Parisdə doktor La öz başına gələni böylə yazır: “Bir həftəyə qeder “Litargi” deyilən dərin yuxuya, tərpənmək və hərəkət hisslərini ibtal edən naxoşluğa tutuldum. Bir həftəyə qədər ne yedim, nə içdim, nə də tərpəndim. Qanım yavaş-yavaş hərəkətdən qaldı. Vücudum buz kimi oldu. Bir həftədən sonra tamam ölü halına düşdüm. Həkimlərin biri gəlib o biri gedirdi. Hamısı məndə ölüm əlamətlərini, nişanələrini tapdılar. Axırda mütləq öldüyümə qərar verdilər. Evimdə bir ağlaşma, bir fəryad və nalələr qopdu. Mən bunların hamısını duyurdum. Öldü- yümə qərar verildiyini də eşitdim. İstərdim ki, gözümü açam, əlimi-ayağımı bir az olsun tərpədəm, bildirəm kt, mən ölməmişəm. Lakin qabilini? Fikrən nə qədər çalışdım, istədim ki, bir az gözümü açam, xeyr, xeyr, mümkün olmadı.

Xeyli vaxt sonra ağlaşma kəsildi. Yad səslər, eşitmədiyim avazlar otağımı doldurdu. Qulaq verdim, dünyada heç sevmədiklərimin səsləri, cənab keşişlər, bu axirət müjdəçiləri, bu ölüm quzğunları məni otağımdan çıxarmağa başladılar. Bu dəfə daha şiddətli ağlaşma peyda oldu. Bildim ki, məzarımın dibaçəsi olan kilsəyə gedirik. Küçələrdən, yollardan keçirik. Fayton səslərini belə eşidirdim, küçə səsləri kəsildi. Qandım ki, kilsəyə gətiriblər, ömrümdə bəlkə heç getmədiyim kilsədə xeyli durdum. Keşiş ağalann bir ağızdan oxuduqları dua avazları eşidilməyə başlandı. Kilsədən çıxdıq.
Uzun küçələrlə gediriz. Diri-diri məzara gediriz. Öz-özümə dedim: “O yan-bu yan yox, məzara girəcəyiz. Bir az qeyrət edəm, bəlkə gözümü aça biləm. Ha qeyrət… ha… xeyr, mümkün olmur. Məzara gediriz. Şəhərin halharayı kəsildi. Keşişlərin acı-acı gələn səslərindən özgə daha bir şey eşidilmirdi. Anladım ki, məzara yaxınlaşmışıq. Bir vaxt sonra yene bir ah və nalələr qopdu. Arvadım və uşaqlarımın səslərini az-boz seçdim. Amma mən onların dərdindəmiyem, məzara girirəm.

Xeyr, onun-bunun vaxtı deyil. Ha bir az qeyrət. Zarafat, lətifə deyil. Məzara, axirətin, mənəvi aləmin qapısı məbdəyi olan dar, qaranlıq deşiyə giririz. Anıma dəqiqə bu dəqiqədir, dedim. Fikrən çalışıram, çabalayıram ki, bir az gözümü açım, bildirəm ki, mən ölməmişəm, məzara buraxmayın. Heç qabilmi? İstəyirəm ki, özümü parçalayam, bir az barmağımı da olsa tərpədəm, mümkünmü? Bu səylə, təlaşla bir an vaxt keçdi. Qulaq verdim, daha səs yox. Aləm sükut içindədir. Məgər men məzar içindeymişem. Heyhat qaldıq… Diri-diri məzara basıldıq, gömüldük. Aman yarrəbbi nə etməli? Aradan xeyli vaxt keçdi, sükutluq getdikcə artdı. Təxmin etdim ki, gecə olmuş.

Bu vaxt məzarın yanından keçən yolun yanından tək-tük səslər gəlməyə başladı. Bildim ki, gündüzə çıxdım. İki gün, iki gecə böyləcə məzarda qaldım. Üçüncü gecə təxminimə görə tamam yarı gecəidi. Qulağıma uzaqdan kəsik-kəsik səslər gəlirdi. Gəldikcə artdı. Y avaş-yavaş yaxınlaşdı. Məzarımın üzərində dayandı. Diqqət etdim – iki səs idi. Hesab etdim, sevindim ki, arvadım ölmədiyimi indi hiss etmiş, yəni ki, çıxarmağa gəlmişlər. Bu sırada səsin biri: yoldaş, daha durmağın vaxtı deyil, səsli danışma, qazmanı yavaş vur qazalım. Aman, üsullu, yavaş edək…” Heyhat, məgər məzar oğruları imiş.
Fikir etdim: bu da yaman deyil. Bəlkə məzarımda qiymətli əşya axtararkən mənə də səbəb olurlar: naxoşluğum qurtarar, oyanaram. Məzarımı qazdılar, məni məzardan dişan atdılar, bir çuvalın içinə qoyub arxalarına aldılar. Öz-özümə dedim: xeyir ola, bu nə iş! Məgər bunlar məzar oğruları deyilmiş, aldanmışam. Çox yaxşı. Ya kimdirlər, məni haraya aparırlar. Buna bir dürlü əqlim irəmədi. Uzun yollardan keçirik. Məni gətirənlərdən biri dedi: bu yoldan getməyək, qotodovoy rast gələr. O biri: aman, yavaş danış eşitmiyələr. Yaxşı ordan gedək. Getdik, uzun getdik, nəhayət böyük bir qapı cınldadı. Meni içəri götürüb bərk bir şeyin üstünə tulladılar. Biri dedi: Allah bəlasını versin, tamam yorulduq. Qapını örtiib getdilər. Fikir edirdim ki, əcaba burası hara olacaq. Xeyli vaxt yalnız qaldım. Birdən qapı açıldı. Bir çox səs otağımı doldurdu. İçərilərindən biri böylə deməyə başladı: “Əfəndilər, təşrih (ölünün bədəninin kəsib baxmaq elmi) dərsində sizə söyləmişdim: insanın ürəyi sol məmənin tamam altındadır. Ürək qanla dolmuş bir ev kimidir. Onda duyğu, hiss, bir zad yoxdur. Bunun vəzifəsi buraya gələn qara və qırmızı qanlan bədənə paylamaqdır. Ürək evinin dörd otağı var. Dördü də qanla dolu. Onun kimi qırmızı,kimi qaradır. Mədədən gələn qara qan daman sol otağa gəlir. Ağ ciyərə gedən qırmızı qan yolu yuxarıdakı sağ otaqdan gedir. İndi bıçağı bu ölünün boynunun altından batıracağam. Döşünü, qarnını yaracağam. Ürəyin, cigerlerin yerlərini, oraya gedən damarları bir-bir göstərəcəyəm, diqqət ediniz…”

Mən bu sırada anladım ki, hara gəlmişəm, məni ne edəcəklər. Məzarda olsaydım daha yaxşıydı. Bəlkə yuxudan, naxoşluqdan ayılan- da yenə bir tövr məzarın üstünü qaldırıb çıxardım, indi nə edəcəyəm. Məni cənab doktor parçalayacaq, iç alətlərimi tibb tələbələrinə göstərəcək. Demək ki, indi doğrudan öləcəyəm. Aman, ölüm-dirim vaxtıdır. Nə qədər qüvvəm varsa sərf etdim, gözlərimi bir qeder açmaq istədim. Beynimə kəsilmək, parçalanmaq qorxusu öylə təsir etdi ki, tesviri mümkün deyil. Otaq sükut içində, tələbələrin hamısı müəllim doktorun bıçağının hərəkətini nəzəri-diqqət edirkən kəskin bıçaq boynumda dayandı. Məndəki haləti təsəvvür ediniz. Doktor bıçağı təzəcə sürtməyə başlamışdı ki, şiddətli-təsirdən bir az gözlərim açıldı, özümə gəldim.

Qorxan tələbələr geri qaçdılar. Doktor bir neçə saniyə çaşdı, mat qaldı, kəsməkdən əl götürdü. Bir az sonra işi anladı. Dərhal əlac gətirib məni bir-iki saat ovdular. Nəhayət, ayağa qalxdım, özümə gəldim. Bir neçə vaxt sonra doktorla faytona mindik. Üç gün əvvəl tabutla məzara getdiyim yollardan indi faytonla calal və əzəmətlə keçirdim. Nəhayət, evimə çatdım. Arvadım ve uşaqlarım qapıya çıxdılar, menim böylə calal ilə geri gəldiyimi gördülər, bir-birinin üzünə baxa-baxa qaldılar.

Aşağıda söyləyəcəyim ikinci vaqiə yenə Parisdə olur. Qəbir əzabım sınayıb xortlayan doktor Lanın bir neçə gün qonaq olduğunu o qəbiristana vüqu gəlir. Bu vaqiəni söyləmədən öncə əvvəl Firəngistan qəbiristanlarından bir-iki söz danışmaq münasib görüldü: firəngler öz şəxslərini, həyatlarını qayet qiymətli tutarlar.

Səhhətlərinə, güzəranlarına, vaxtlarına, rahatlıqlarına ziyadə diqqət edərlər. Dünya və axirə ümurunun cümləsini öz rahatlıqları üçün bilərlər. Bunca ixtiralar, icadlar, kəşflər… hep rahatlıqları üçündür. Bizlərə görə möcüzədən hesab edilən, adətdən xaric sayılan bu rahatlıqları yalnız bu dünyada deyil, o biri dünyanın, o mənəvi alemin qapısı demək olan qəbiristanlarında da görülür. Qəbiristanları ümumiyyətlə, qayət gözəl bir surətlə divar və ya dəmir barmaqlıqla çevrələnmişdir.

İçəriləri sanki qəbiristan deyil, fərəh yeri, gülüstan, laləzardır. Qəbi- ristanda daimi surətdə gecəli-gündüzlü növbətçilər, qarovullar olur. Bunlar üçün də qayət gözəl tikilmiş binalar bulunur. Növbətçilər əksər ecələr, xüsusilə təzə ölülər olanda hər vaxt məzarları dolaşırlar. Burada hər həmiyyət sahibini, her millət dostunun ürəyini parçalayan, biz müsəlmanların məzhəb xüsusunda biz böyük ürəklilərin, kimsəyi bəgənmezlerin qəbiristanlarım, oraların mədəniyyətlərilə, murdar, çirkin, mənsub olduğu din və millətə min tövr lənət oxudacaq hallarını…yazmayacağam. Çünki eşşəklərin, itlərin, donuzların cövlangahlan, hər dürlü heyvan peyinliyi, hətta bir çox alçaq insanların rahatxanəleri, bir çox dairələrin zibil yerləri olan qəbiristanlarımızın son hallanm anlatmaq üçün bir neçe kitab lazımdır. Halbuki uzun bəhsin burada münasibəti yox. Gələk əsil hekayətimizə.

Bir gecəyarısı qəbiristanın növbətçisi təzə qəbirləri gəzirdi. Yan gecədən bir az keçmiş dərindən bir səs eşidir. Dərhal səsin gəldiyi yerə, 3-4 günlük təzə bir məzara çatır. Qulaq verir, kəsik-kəsik gələn yanıqlı səsləri dinləyir, sonra şiddətli bir fəryad duyur. Növbətçi heyrət və dəhşətə düçar olur. Özünü toplayır, qəbiristan nazirinin təlimləri, əmrləri yadına gəlir. Dərhal növbətçixanaya gəlir, qazmayı, kürəyi götürür, məzarı qazmaq, o biçarəni çıxarmaq istəyir. Lakin nə tövr olursa işə yalnız cəsarət etmir. Sürətlə məzarın yanına varır. Nömrəsini alır, dəftərinə baxır, kim olduğunu və sahibini tapır, sahibinə xəbər vermək üçün məzarıstandan uzaqlaşır. Bir saat sonra ölü sahibim tapır. Xəbər verir. Ölü sahibi sevincindən bir anda duramaz. Doktor çağırırlar, faytonla qəbiristana doğru rəvan olarlar. Faytonun sürətim sormayınız. Sanki getmir, havada uçur. Atların ayaqlarının səsi sürətlə işləyən bir maşının hərəkətinə oxşuyurdu. Lakin ölü sahibi yenə yerində rahat olmur. Faytonçuya qışqırır: böylə yavaş olmaz, təvəqqe edirəm, ziyadə təvəqqe edirəm, bir az tez-tez sürü-
nüz. Az zaman sonra qəbiristana çatırlar. Orada hər vaxt hazır olan qəbir qazmaq hacətlərini götürürlər, qəbirə varırlar. Ömründə qazmanı əlinə almayan ölü sahibi növbətçinin qazmasına səbir eləmir. Qazmayı özü götürür. Tərif edilməz bir təlaş və sürətlə qazmağa başlayır. 3-4 ay əvvəl evinə gətirdiyi təzə gəlini, arvadını çıxarmaq istəyir. Hüsn-camal və kamalının məftunu olduğu məhbubəsini xilas etmək istəyir. Uzun bir həsrət, mənəvi bir məşuqənin nəticəsi olaraq min zəhmətlə… istədi ki, qazmam buraxıb əlləri ilə qazsın. 

Qazdı yarıya endi. Lakin məzardan əskisi kimi daha səs, bir şey eşidilmir. Nəhayət qazdı, qurtardı. Cib elektrik lampası məzarın içərisini, məh- bubənin halını nəzərlərə ərz etdi. Həsrətzadə məhbubəsinə sarıldı, yalvarmağa başladı: “Mariya, Mariya, sevgilim Mariya! Mariya, İki gözüm, ruhum Mariya! Bir az su iç…” Heyhat, Mariya son nəfəsdə, can təslimində. Biçarə qız, bu gecə qəbirə qoyulduğunun dördüncü gecəsi düçar olduğu litargi naxoşluğundan ayılar, ayağa durmaq istər, başını tabutun qırağına vurar, ellərini uzatmaq, yol tapmaq istər, tabutun kənan qoymaz… Her tərəfdə dərin bir sükunət, kimsədən kömək yox, qaranlıq, tək və tənha dar bir yer, zavallı axırda anlar, qanar ki, məzara qoyulmuşdur. Qorxusundan ne edəcəyini bilməz. Çıxmağa çalışar, zəif əlləri ilə tabutun qapağını qaldırar, dırnaqları ilə məzan qazmağa başlar. Heyhat mümkünmü? Az zaman sonra “dırnaqları qopar, nazik barmaqları soyular, qanar. Bir mərtəbəyə gələr ki, barmaqlarının uclan hem yaralanar, qopar, yenə bir şeyə müvafiq olmaz.
Qazmaqdan ümidini kəsər gücü çatacaq dərəcə foryad və naləyə başlar. Saçlarını yolar, üzünü, gözünü cırar, qorxusundan gözləri dönər. Axırda səbir eləməyib qorxudan özündən gedər, bayılar. Nəhayət, ehtİzar halına düşər, iştə bu sırada, bu anda məzar qazılmağa başlar. Sevgilisi son nəfəsinə çatar.

Məzar qan içində, məhbubənin saçları yolunmuş, üzü didilmiş. Bannaqlan parçalanmış, məmələri göyərmiş, gümüş kimi misə (paxıra) dönmüş. Ay kimi üzü tanınmaz bir hala gəlmiş, vücudu hənuz isti, bədəni daha soyulmamış. Lakin can vermədə. Bir tərəfdən əri sarılmış, digər tərəfdən həkim bumuna əlac verir, dərman sürtür, ayıltmağa çalışır. Heyhat, bir daha tərpənə biləcəkmi? Vaxt keçdi, çoxdan adladı. Lakin məhbubə hələ ölməmiş, amma ölməyə, o biri aləmə getməyə ciddi hazırlanmış. Nəhayət, beş-on dəqiqə sonra başı sevgilisinin qucağında, əli doktorun ovucu içində olduğu halda köməyinə, müavinətinə, vaxtsız gələn eşqinə vida etdi…”

İştə tarixdə ismi və rəsmi ile həqiqətən olmuş bir vaqiə burada tamam oldu. Bu vaqiələr “Xortlayan adam” arasında bir fikir verdi sanıram. Lakin bir az daha təkrar ve izah edək: əski zamandan bəri aramızda “qəbirdən xortlayan adam” sözü eşidildiyi cümləmizə məlum. Demək ki, onun mütləq bir vücudu, həqiqəti varmış. Amma əski zamanlarda hər qorxulu, dəhşətli, yaxud çox faydalı bir şeyə haşa-haşa, “Allah” deyildiyi bir vaxtda, adətən dişan görülən, herşeydən və ya gözə görülən bir xəyaldan qorxulduğu bir zamanda o şeyin, o xəyalın əslini, həqiqətini kim fərq edəcəkdir? O xüsusda o halı kim elmlə, fənlə izah edə biləcəkdir? Təbii də ola bilməzdi. Buna görə hər mövhumi və xəyali bir şeyə bədən ve vücud verdiyimiz kimi “Xortlayan adam”a cin, pəri… kimi vücudu fənn ve həqiqəti özgə tövr mümkün olan xüsusları da zəmanəmizə qədər əsassız sanmışız.
Daha ümumiyyətlə, deyə bilərəm ki, əski masal və hekayələrimdə tesvir edilən bir çox xəyali şeylərin canlı birər dürlü, özge halda vücudları, həqiqətləri vardır.

Ancaq elmsizlik, batil və cahilyanə etiqadlar həqiqəti olduğu kimi bizə göstərməyə bu günə qədər mane olmuşdur. Bir çoxlarımızın, vücudlarına hələ inanmadığımız: sehr, tilsim, fal, cin, pəri… və şairələrin çoxumuzun bilmədiyi bir surətdə mütləq, mütləq maddi vücudları vardır. Amma bu vücudlar şəksiz ki, indiyə qədər bizim təsəvvür etdiyimiz kimi deyildirlər. Biləks vücudlarına inandığımız bir çox şeylərin de əsil və əsaslan yoxdur. Hər nə hal isə buralarını sonraya, özgə məqalələrə buraxmaq, gələk xortlayan adama: görünür ki, bir çox adamlar əski zamanda da bu gün “Litargi” deyilən naxoşluğa düçar olmuşlar. Diri, lakin ölü halında məzara getmişlər. Bir neçə gün, bir neçə həfte, bəlkə bir neçə ay sonra qəbirlərində naxoşluqlanndan, dərin yuxularından ayılmışlar, məzara basıldıqlarını, gömüldüklərini anlamışlar, kimi qorxusundan, mozamı dəhşətli halətinin təsirindən həlak olmuş, kimi də cəsarətli olub və ya yumşaq torpağa rast gəlib qəbirlərini qazıb çıxmışlar. Lakin çıxmışlar da, sağ qala
bilmişlər mi? Özlərinin ölmədiklərini, naxoşluğa tutulduqlarını anlayabilmişlər mi! Heyhat! Bu kimi xortlayan zavallıların qonşuları, qohumları deyil, en sevdiyi oğlu belə vurub öldürmüşdür. “Babasının günahı, pisliyi çoxmuş ki, qəbirdən xortlamış!” adını üstünə götürməmək üçün öldürmüşdür. Nə böyük cəhalət, nə təəssüflü hal! Naxoşluğa tutulmuş xortlayanlann bir çoxu da avam kəndlilər tərəfindən təhdid olunmuşlar. Meşələrə, biyabanlara sürülmüşlər, quli-biyabani olmuşlar. Hələ dillərimizdə gəzən bir çox əfsanə, hekayələrə səbəb olmuşlar. Bunlar ya axırda aclıqdan həlak olmuş və yaxud canavarlar tərəfindən tələf edilmişlər.

Xülasə, insan Avropada “Litargi”, bizim bəzi yerlərdə qan tutma və s. adlarla adlanan naxoşluğa tutular, günlərcə, həftelərcə tərpənməz, bir şey yeməz, içməz, bəziləri o halətdə ikən çox yaxşı eşidər, ərte? düşünər, lakin bir söz deməz, özünü və ya əlini zərrə qədər tərpədəməz, bəziləri də heç bir şey eşitməz. İştə bu kimi zavallılar bir çox yerlərdə, hətta Paris kimi Avropanın mərkəzi olan yerlərdə ölmüş zənn edilərək basdırılar, məzara qoyular. Lakin avropalılar axır vaxtlarda bu naxoşluğu çox gözəl öyrənmişlərdir. Bununla bərabər yenə ehtiyatla bezi ölüləri bir qaç gün məxsusi yerlərində saxlayırlar. Qəbrə qoyulduqlarından sonra da üstünə həftelərcə növbətçi, qarovul qoyurlar. Bizlərdə isə o kimi biçarələr özləri qəbirlərdən çıxa bilsələr belə vurulub öldürülürlər Yaxud meşələrə sürülürlər! Nə yaman adət, nə küflü cəhalət!..

Həqiqətən ölmüş bir atlam – günahı istərsə dəryalar qədər olsun – qəbirindən qalxıb gəzəməz. Burası ne əqlen, ne de elmlə mümkün. Gerçəkdən ölmüş bir adamın xortlaması, dirilməsi “küllü şeyin ve ileyhi terciumə” (siz əvvəlki vəziyəətinizə qayıdacaqsınız) ayət və hikmət nəzərinə görə heç bir dürlü qabil deyil. Məzkur və daha çox ayətlərə, hədislərə ve “Külli şeyin yarciu ile əslihi” (hər şey öz əslinə qayıdacaqdır) qövlüne görə hər ölən əslinə rucu edəcək; mübdine, mənbəyinə övdət edəcəkdir. Hər məxluq “külli şeyin halikun illə vəchihi” (hər şey yox olub gedəcək, onun simasından başqa) ayət-həqiqət fəşamna müvafiq surətdə bugünkü şəkil ve heyətdə bir daha dirilməyəcəkdir. Ancaq “Litargi” naxoşluğuna düçar olub həqiqətən ölməmiş məzara gedən adam təbii qalxar, dirilə bilər ki, ona xortlayan adam (xortlaq, cadu) deyiriz. Demə ki, söz yalan olmaz, yanlış olar (son).

Nemanzadə

Şərqi-Rus qəzeti, 20, 22 iyun 1904, No.79, 81