Molla Nasrəddin Yazıları

Qayırma Hədislər

By February 20, 2020 No Comments

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir. 

Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. 

İndi allaha şükür olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlüd günü söylədiyi nitqu eşitdilər. Həmin nitqin surəti “Irşad”ın69-cu nömrənsində yazılib. Hacı Mirzə Əbutürab həzrətləri haman qün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaq və ayrılığı salan qayırma hədislərdir.”

Keçən vaxtlarda “Qapazlı” kəndində mənim bir əmim var ki, adı Hacı Nəzirqulu idi. Bu əmimin üç arvadı var idi. Mən uşaqlıqda ayda bir dəfə əmim gilə qonaq gedərdim və hər dəfə gedəndə görərdim ki, əmim təzə bir övrət siğə eləyib.

Bir dəfə soruşdum ki, əmi, maşallah nə çox məşğuliyyət eləyirsən? Əmim mənə belə cavab verdi: bala, sən hələ uşaqsan və Molla Tarqulu  buyurduğu hədisləri eşitməyibsən. Molla Tarqulu deyir ki “cinabət qüslünün hər bir zərrəsindən yetmişiki vin məlaikə xəlq olunur və bu məlaikələr qiyamət gününü qüsl sahibini qanadlarının üstünə alib qalxızacaqlar göylərə və gəzdirəcəklər.”

Əmimin sözünü mən o vədə başa düşmədim, amma sonra başa düşdüm.

Bəli, qayırma hədislərdən danışırdıq.

Laah Hacı Mirzə Əbutürab cənablarını calamat eləsin. Hərçənd biz axundun iltifatından məhrumuq, amma haqq sözə Molla Nəsrəddinin canı qurban. 

“Molla Nəsrəddin”, 21 aprel 1907, №. 16