Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.
Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.
Analığım dolma bişirməyə başladı. Mən də mollaya oxumağa getdim. Nahar vaxtı gəldim. Atamı çox gəzledim ki, gələ bərabər nahar edək, gəlmədi. Mən ise acından ölürdüm. Analığıma yalvardım ki, bir az mənə yemək versin, vermədi. Kopceyi başıma vurub qovdu və dedi:
– Atan gəlməmiş sənə bir zad yoxdur.
Dişan çıxdım. Lakin acından gəzməyə halım yox idi. İkindi keçirdi. Dəxi səbir edə bilmirdim. O biri qapıdan yavaşca girdim evə, dolmadan bir az cibimə doldurdum, dişan əkildim. Divann arxasında gizlənib yedim. Yeyib qurtarandan sonra ağlım başıma gəldi. Fikirləşdim ki, analığım axşama dolmam görəcək, yeyildiyini anlayacaq. Məni atama kefi istədiyi kimi döydürəcək. Düşündüm: mən nə qayırım, qurtulum. Xeyli fikirleşenden sonra bizim oğru pişik (o da, görünür, aclığından oğurluğa çıxmışdı) yanıma gəldi. Yavaşca tutub mətbəxə saldım. Qapını möhkəm qapadım. Özüm də gətib analığımın yanında oturdum. Bərabər atamı gözlədik, ki, cəlsin, nahar edək. Axşama yovuq atam gəldi. Analığım mətbəxə yüyürdü. Bir az sonra dizlərinə vura-vura gəldi və ağlayan kimi edib dedi ki, torpaqlar başıma, yanı qara, gəbərəcək pişik dolmanın hamısını yeyib. Atam acıqlandı. Süpürgəni aldı. Hamı bərabər pişiyi döyməyə getdik. Qapını qapadıq. Atam süpürgə ile, analığım başmaq ilə pişiyi o qeder vurdular ki, harada gizlənəcəyini şaşırdı. Miyo… miyo – deyə yanıqlı bağırırdı. Özünü bu bucaqdan o bucağa vururdu. Analığım tutmaq istədi, ətəyi ilişib arxası üstə yıxıldı. Atam daha da acıqlandı. İstədi
ki pişiyi lap öldürsün. Pişik qandı ki, qurtulmağa çarə yox, birdən atamın üstünə tullandı. Əllərini ele bərk cırmaqladı ki, qan axmağa başladı. Atam gördü ki, işin orası deyil, qapım açdı, pişiyi azad etdi.
Men hekayəmi qurtardım. Sonra Məşədi Mozalan bəyə dedim ki, sen çox yeriər gəzmişsən, çox kitablar oxumuşsan, eqilli bir zad söylə mən də eşidim.
Məşədi Mozalan bəy:
-Lağlağı, Bakının üstündə “Hilal” niyə elə ləkəlidir? Afərin
deyərəm bilsən.
Men:
-Bəlkə camaatdan utanıb əlini üzünə tutub.
-O da bir yenilikdir, lakin elə deyil.
-Bəlkə məhərrəmlikdə Bibiheybətde başını yarıb.
-Afərin, indi bildin. “ArTmn da vızvızını eşidirsənmi?
-Eşidirəm, nə var? Yoxsa o zarıltını da musiqiyə oxşatmaq istəyirsən. Axır mən sənə dedim ki, ağıllı-başlı şeylərdən danış. Sən götürüb uşaq işlərindən söz açırsan.
-Mənə qalsa onlar “Keçəllər məhəlləsinin” və “Şeytanbazanın” sözləridir. Çünki “Hicab” məsələsindən sonra qızların oxumaları, xüsusilə nıs işkollanna getmələri daha çox artdı.
-Yoldaş, doğrusu onlann sözləri mənim de beynimə batır. Hər şey gərək yavaş-yavaş ola. Bu cahil camaata birdən-birə hər şeyi demək olmaz. Onlardan aynlmaq da olmaz. Onlar məscidlərdə mərsiyə oxudurlar, sen də qəzetini gərək mərsiyə şeirləri ilə doldurasan. Mollalar bilməyə-bilməyə xurafatı din-ehkam deyə vəz edirlər, sən də gərək bilə-bilə hədərən podərən ile “va şerieta” ile camaatı öz tərəfinə çəkəsən. Görmürsən, yaz gəlməmiş çiçək açılmır. Vaxt gəlməmiş İran oyanmır. Məgər təkamül qanununu danırsanmı?
Görünür, İran güclü təpmə ve zor görməyib, yoxsa nəinki oyanmaq, bir-iki addım da o yana tullanar. Fransa, osmanlı inqilabı, yəni ora pişiklərinin cırmaqları olmasaydı, o məmləkətlər bu gün bu halətdəmi olarlardı?
-Osmanlı inqilabı ile pişik cırmağının nə münasibəti?
-Münasibəti budur ki, döyülməkdən, xurafatdan, əsarətdən, cəhalətdən qurtarmaq üçün arabir “cırmaq” da lazımdır. Bir kərə qüvvətli, kəskin bir əl meydana çıxıb ona mane danlan cırmaqlasa, sorakılara yol açılar, iş asanlaşar.
-Boş fəlsəfə, daha doğrusu, səfsətə: insan niyə işini elə tutur kicırmaqlanmağa möhtac qalır. Ağıllı adam sözlərini elə mülayimanə və yavaş-yavaş söyləyə bilər ki, heç kəsin əqidəsinə, adətinə toxunmaya, nifrət qazanmaya. Heç özü rahət eyləyə, həm də işini görə.
-Bu sözlər Şəki mollalarının sözləri kimi zahirən xoş, batilən boşdur. Həzrət Məhəmməddən, Musadan, İsadan, Qalileyden, Tolstoydan, İbn Rüşddən, Midhət paşadan, daha böyük peyğember, alim ve hemiyyətli kimlər var? Görək, hunlar camaatla nə cür rəftar ediblər. Halbuki həmişə bunların izləri ilə getməyə, bunlara tabe olmağa can atırıq. Əgər Həzrət Məhəmməd öz ata-babasının, öz qonşu və camaatının əziz və müqəddəs olan əqidələrinə, adətlərinə, dolanmaqlarına toxunmayıb, onlann xoşuna gedəcək surətdə yavaş-yavaş rəftar etsəydi, camaatın öldürməyindən qurtulmaq üçün gecə İlə Mədinəyə qaçmağa məcbur olarmıdı? Əgər həzrət Musa firon və camaat ilə mülayimanə dolansaydı, daha çöllərdə qalarrmdı?
Əgər həzrət İsa milləti ilə xoş keçinsəydi, onlann əqidəsinə toxunmasaydı, dar ağacından asılıb ölərdimi?
Əgər həzrət Zəkəriyyə öz camaatına “beli-beli” deyib müdam etsəydi xızarlamb tələf olarmıdı? Əgər həkim Qaliley dünyanın hərləndiyini inkar edib xoş rəftar etsəydi, dırnaqlarından çəkilərdimİ? Əgər İbn Rüşd, İbn Sina mollaların və avamın ziddinə danışmasaydılar, təkfir olunannıdılar?
Əgər Midhət paşa ümumin fikrinə riayət etsəydi, zindanda köməksiz qalıb boğulardımı? Əgər Tolstoy öz əqidəsi üstə durmasaydı, kilsələrdən qovularmıdı? Dəxi hansı birini sayım!
-Dəxi bir zad lazım deyil, peşman oldum pişik hekayəsinə qulaq asmağa. Ax pişik, pişik.
Lağlağı
“Molla Nəsrəddin”, 1911. N°3