Qəzet Publisistika

G-K HƏRFLƏRİ

By February 21, 2020 No Comments

Bəzi səsli və səssiz hərflərimizin əskikliyi bir az təməyyüzə iqtidarı olan hər oxuyanımıza məlumdur. Bu əskiklik və nöqsanımızı görmək, əlifbamızı indiki çətinlikdən bir dərəcə qurtarmaq zamanımızda ən lazımlı maarif məsələlərindən biridir. Bu böyük məsələnin həll ve islahını böyüklərə, lisan mütəxəssislərinə buraxaraq burada acizanə bir ricadə, təxtirdə bulunmaq istərəm: hərflərimizin şəkilləri zatən əskik, imlamız çox qarışıq, türkcə sərf ve nəhv qaydalarımız ziyadə nizam ve ittirazsız olduğu halda bu qarışıqlığa bir də bezi hərflərin işlenecek, yazılacaq yerləri dəyişəcək olursa, ağırlıq üstünə ağırlıq, çətinlik üstünə çətinlik artırılmış olur.

Hər bir elm sahibinə məlumdur ki, səslərinə və söylenişlərinə görə bu gün ayrı-ayrı şəkil ve əlamətlərlə yazdığımız bəzi hərflər bundan irəli yalnız bir şəkil ilə yazılırdı. Lakin bu son zamanlarda her şeydə görülən islah və tərəqqi hərflərimizin şəkillərini də əski halında buraxmadı. Zaman ve zərurət müqtəzası olaraq hərflərimiz de yavaş-yavaş düzəlməyə başladı. Məsələn, bu gün səslərinə görə şəkillərini de ayrı-ayrı yazdığımız g, k və nuni-sağır hərfləri bir az əvvəl bir hərflə, yəni yalnız k şəklində yazılırdı.

Amma oxumanın hər kəs arasında yayılması lüzumu, çocuqların qolaylıqca oxudulması zərurəti, əskik hərflərimizi yavaş-yavaş dəyişdirərək əlifbamızın islah və təbdilinə pək böyük meydan açdı. İştə qolaylanmaq ve tərəqqi etmək məqsədilə 3-4 səs üçün bir şəkildə yazılan k hərfi indi k, g ve nuni-sağır şəkillərində yazılır. Şəkk yox ki, bir vaxt vav-v veya-i hərfləri de islah edilərək bir səsə görə birər şəkil yazılacaqdır.

Məqsədim burada o çətin işə girişmək deyil, ancaq birər əlamət ilə ayırdığımız hərflərin yazılacaq yerlərin qarışdırıb oxumağı daha çətinə saldığımızı göstərməkdir. Məsələn, k hərfini Qafqazın bir qisim mühərrirləri gördüm, görmək, güllə, gəzişmə kəlmələrindəki kimi (gaf) yerində yazırlar. Bir qismi isə – xüsusilə Bakı mühərrirləri – “kaf’ı sağır nun deyilən n, yerində işlədir (Əhmədin, sənin, könül, dəniz…}, yazırlar. Demək ki, n ilə k hərflərinin səsləri, şəkilləri yaxşı bilinmədiyindən bir-birinə qarışdırılıb k yerində n və g yerində k yazılır.

Bakıda, Tiflisdə, təb edilən kitablara diqqət yetirilirsə, bu qarışıqlıq ve ayrılıq çox gözəl meydana çıxar ki, bir məmləkətdə, şəhərdəki bu ayrılıq bizim üçün çox böyük bir nöqsan və oxutmaq üsulunda İsə pək diqqətə alınacaq bir xətadır. Buna görə madam ki, g və k hərflərini en ewel yazanlar və meydana çıxaranlar osmanlılardır və madam ki, bu gün ora kitablarının hamısında g hərfi gördüm, gəzmək… sözlərindəki kimi gaf yerinə və k hərfi də (Əhmədin, sənin…} sözlərindəki kimi sağır-nun yerinə yazılır və bizim Rusiya müsəlmanlarından bir çoxları da o yolda yazmaqdadırlar, bundan sonra biz de ümumiyyətlə gaf yerində g (gördüm kimi) sagır-nun yerində n (Əhmədin kimi) yazalım. Yazalım ki, hərflərimizin şəkilləri, işlənən yerləri heç olmazsa bir ve müştərək olsun.

Nemanzadə

Şərqi-Rus qəzeti, 19 iyun 1904, No.78