Ədəbiyyatı olmayan bir millətin, dilsiz insanə oxşuyacağım söyləmək üçün dəlilə, təfsile hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal axtarmaq üçün də uzaqlara getməyək: iştə başda çərkəz, ləzgi… dilləri, sonra da bizim türkcəmiz. Mədənilik ləzgilər, çərkeslər arasında yayıldıqca öz dilləri de yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adlan qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bu bir həqiqətdir; çaxotkaya, vərəmə tutulmuş bir bəxtsiz adamın öləcəyi qədər bəllidir. Türkcəmiz, hər nə qədər tez-gec, həqq rəhmətinə gedəcək olan o dillər kimi deyildir. Amma bugünkü qaydasızlıq naxoşluğuna vaxtilə dərman etmək çarəsini axtarmazsaq, onun bu yaman halının da çox uzanacağından qorxulur.

Bu qorxu, millətini sevən her homiyyətlini düşündürsə gərəkdir. Çünki dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda
hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edir. Ne edək? Bizim bir çox işlərimiz kimi bu da böylə düşür: Qafqaziyalı, elmli iki türk yarım saata qədər öz ana dilləri ile danışsalar darıxırlar.
Bir kazanlı ile bir qafqazlının beş, on dəqiqə türkcə danışa bilmələri isə çox az görünür. Yazılan da bunun kimi. Bu suç, bu təqsir hərçəndi adamlardan başqa, əql imdada varsa, böyük və bağışlanmaz təqsiri yenə bizdədir. Hər kəs bilir ki, Kazan ilə Tiflis kimi uzaq məmləkətlərin arasında yox, Bakı, Naxçıvan, Şəki kimi yaxm məmləkətlərin dilləri arasında bele az-çox bir aynlıq var.

Havanın, təbiətin, adətin bu təsiri inkar edilməz. Burası bəlli. Həm bu hal yalnız bizdə deyil, dünyanın hər tərəfində də böylədir. Ne hacət! Cənub məmləkətlərin rusları ile şimaldakılann ahəngi, şivəsi bir dərəcədəmi? İstanbullularla ərzunımlulann söyləməlibirmi? Əsla. Amma o aynlıq, bu təfavüt ile bərabər qaydada və imla, dillərinə məhəbbət sayəsində bir şəhərlilər kimi dərdləşir, anlaşırlar. 

Demək ki, bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur.

Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda ve imla xüsusi indiyə qədər bizdə ne üçün meydana gəlməmiş? Burasını yazmaqdan irəli buna münasibəti olan bir balaca təfsil verim: bu gün özü ile danışanları mədəniyyətliyin yuxan qatlarına çıxaran hər dilin mütləq və mütləq nizamla bir sayaq da yüngül əlifbası qaydası, imlası, ədəbiyyatı vardır. Bunlar da yenə mütləq öz başına, halına görədir.
Bununla bərabər heç bir dil bugünkü mükəmməlliklərinə öz sözlərilə çatmamışdır. Hamısı birbirilərinin köməklərinə, yardımlarına möhtac olmuşdur. Dildə ən varlı bildiyimiz ərəbcə belə əbrani, esur-yani, yunanidən… bir çox sözlər almış, bu gün də Avropadan hər vaxt almaqdadır. Hələ fransızlann latınlardan, ərəblərdən; rusların fransızlardan, ərəblərdən, tatarlardan aldıqları sözlərin çoxluğu inşam heyrətə salır. Rusların özgələrdən aldıqları sözlərin sayı 75 mindən artıq olursa, bizimkini qiyas etməli. Bəli, hər dil özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu bir təbii qaydadır. Ne cürə ki, aciz, elmsiz bir adamın güclü, elmli bir adama ehtiyacı var; öylə də maarifdən geri qalan millət dilinin mədəniyyətli, zorlu millətin dilinə ehtiyacı var. 

Dillər ayn olduqca bu ehtiyac qiyamətə qədər de olacaqdır. Sözüm, qəsdim bunda deyil. Her dil özgə dildən minlərcə söz almış, lakin hamısı öz təsrifini, səltənətini də sürükləmişdilər. Bizimki kimi özgələrin kefinə, qaydasına əsir olan heç bir dil yoxdur. Məsələn, fransızlar ərəblərdən aldıqları “qəmbiz”i (köynəyi) “şəmis”, “emir-əlbəhr”i “amİral” (ruslar – admiral), “fırəqəteyn”i “foraqat”; latınlar ərəblərin “darül-senaye”-sini “tərsanə”; ruslar ərəblərin “to’rifə”-sini “tarif’, “xezine”-sini “kazna”, “əlcəbr”in “alqebra”; ərəblər yunanların “asterolab”-nı “üstürlab”, “Yevangel”ini “İncil”, “ətir”-i “isir”, “nomuz”-u “namus”, farsların “sütun”-unu “üstəvanə”, “əndazə ”-sini “həndəsə”, bizim “əntar”-ı “əntəri”, “arvad”-ı “övrət” surətində, biçimində yazmışlar. Bunlar bu kimi dəyişdirilən sözlərin milyonda biridir. 

Mənim qəsdim ancaq bir-iki örnək, nümunə gösterməkdir. İştə anlaşılır ki, her dil özgələrdən aldığı sözləri öz danışığına uyğun halda çevirmiş, pozmuş, yazmış ki, təbii hal da budur. Özgələrin “qayidə”sini olduğu kimi qəbul etmək tebietsizliyinde, yolçuluğunda ise türk ilə farsdan özgə heç bir dil tapılmamışdır. İştə tarix, iştə meydan, iştə dillər! İndi gələk məqsədə: farscanı özlərinə buraxaq; türkcəmizin bu zaınanə, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda ve imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cehaletindəndir, fars, ərəb dillərinin her cürə gərəkli, gərəksiz sözlərini, hələ bizə əsla gərək olmayan qaydalarım dilimizə doldurduğumuzdandır: her barədə onlan təqlid etmək dərdini istəyimizdəndir. Bu müqəllidlık, bu cəhalətlə dilimizin ahənginə əsla gəlişmoyən, şəə, zifda, löhm, mütərərri, xübz, müzəmmə, müsəlləsat, müavvizəteyn… daha bunlara rəhmət oxudacaq böylə minlərcə yad sözləri xatirələrinə, könüllərinə heç deymiyərək olduğu kimialmışız, yazmışız, yazırız. Böylə tək-tək sözlərin dərdinə yenə səbir etmək olar. Amma dilimizi bərbad edən, anlaşılmamağına səbəb olub bizə çox gərək olmayan (…) minlərcə ərəbcə, farsca qaydalar və barələrdir. İndilik bir neçə fənn, şəriət kitabları ayn olduğu halda, türklərin dillərinə heç yaraşmayan bu kimi qaydaları yazmağa, işlətməyə ne zorumuz, ne məcburluğumuz var. Hələ yad sözlərin, qaydaların ən sadələrini yazdım. Mənimlə bərabər hər kəs deyə bilər, dilimizdə öylə çətin sözlər, öylə ibarələr var ki, Allah göstərməsin, onlan saymaqmı olar?!.

Sözümün qısası, türkcəmizin varlığını, yaşamağını hamımızın bilikli, hünərli olmamızı, avam üçün yazılan kitabların, qəzetlərin anlaşılmasını istəyirsək bacardığımız qədər “gərəksiz” və “artıq” olan ərəbcə, farsça sözləri, hələ qaydalanın çoxunu buraxıb, türkçələşdirdiyimiz Oxum, adəm, Övrət, dəva, ərəq, mütbəx, əba… daha bu kimi türkçələşmiş sözləri toxum, adam, arvad, dava, arağ, mətbəx, aba… yazmağı sınamalıyız. Bilirəm, bu fikrim indi qəbul edilməyəcəkdir. Nasıl ki, vaxtile indiki kimi bir az türkçə yazmaq eyib idi. Öylə də bunlar bu gün eyib sayılacaq, yazanın biliksizliyinə hökm ediləcək, zərəri yox, bir vaxt olar mənim bugünkü fikrimdə eyib görülməz. Yavaş-yavaş qəbul edilər (…)

Bu gün məktəblərimizin çoxunda qəbul edilən söfti üsulu öyrətmək qaydasına gərə də bundan sonra imlamızın bacarıldığı qədər danışıldığı kimi, yəni səsli hərilərlə yazılacağı anlaşılmaqdadır. Zaman ən böyük düzəldən, tərbiyə edəndir. Bu həqiqəti də bir vaxt meydana çıxaracaqdır. Bu barədə hamı öz ürəyinə ve vicdanına sorsun, müraciət etsin. Boş yerə etiraz edəcəklərinə işin yox. İnsafla cavab yazanlarla danışınz, bilmədiklərimi öyrənərəm. Bitirmədən burasım söyləyim ki, türkcə yazmaq yüngül, asan iş deyil. Bu yazdığımda belə nə qədər ərəbcə sözlərin yerinə türkcə yazmaq istədim bacarmadım, biləmədim. Məqsədim işə başlamaqdır. Əlbət, yavaş-yavaş öyrənəriz. Sonra yüngül, dadlı olar. Yazacağım hele bitməmişdir.

Nemanzadə

Şərgi-Rus qəzeti, 7 april 1904, No. 40