Şükür Xudaya! Qədim cəhalət dövrlərində deyiliz. Adətən qeyri, lakin ümumi istiqbala xeyirli olan fikirlər, təşəbbüslər qədimdə olduğu kimi birdən-birə söndürülmür. Bunlara daha günahkar fikir, şeytan işi deyilmir. Bİr çox vaxt zəhmətlərlə meydana gətirilən ali təşəbbüslər, işlər boş, quru sözlər ilə rədd edilmir. “Şöleyi heqiqet müsalimeyi-əfkardan zühur edər” qaydası ortaya qoyulur. Arzuyi maarif, fikri üxuvət ve insaniyyət dairələri yavaş-yavaş irəli gedir. Bu dairələr durğun suya atılan bir daşın ətrafında peyda olan dairələr kimi bir-birlərindən getdikcə artıq böyüyür. Yenə şükür xudaya ki, ən birinci bəxşeyişi-ilahi olan (əql) sayəsində əzəmət və qüdrəti-ilahiyyeyi-fikri bəşərinyetdiyi dərəcədə anlamaq və übudiyyətə insanca layiq olmaq üçün keyfiyyəti-xilqət, əsrari-təbiyyat tədqiq və təmin olunur.

Ən həqir bir otan, nəbatin surəti-təkəvvünündən cənabı heqqınəzəmət və səmadaniyyəti təqdir olunur. “Hər vərəqəş dəftər ist mərifeti-gerdikar ilə “olsa istedad arifi-qabil idraki-vəhy… həqq irsalma hər zərrədir bir Cəbrayıl hikmətlərinin boş yerə söylənilmədiyi anlaşılır, zühura gələn hər məxluqat və mövcudun mütləq bir səbəb ve hikməti-ilahiyyəyə müvafiq bir surətdə xəlq buyurulduğu sirri bilinir, heqq-təala təbiətin təsir ve ıqtizasını bir səbəbi-xilqət olaraq bəxş buyurduğu fəhm edilir.

Buna binaən heç bir şeyin bilasəbəb zühuru gözlənmir. Anlamadıqları qədri təqdiri-qisməti bəhanə edən tənbəllər, səfehlər kimi həqqin ən böyük neməti, əsrari-ilahiyyənin, cilvəgahı, təkalifi-şəriyyənin məheli-təhəınınülü olan əql boş yerə çevrədilmir. Məsələn, su, atəş ve yabir otun, meyvənin nə sürətlə Allahın verdiyi hansı səbəblə vücuda gəldi düşünülür. Qış ortasında gözəl bir çiçək, xoş bir meyvə hüsulə gətirmək üçün artıq baharın gəlməsi, istinin, hərarətin zühuru gözlənmir. Neməti-ilahiyyə olan əql ilə təbiət tədqiq və təqlid edilir. Məxsusi bir məhəl yapılır, soyuq olmamaq üçün üzəri çalma, ayna ilə örtülür. Qışın ağ qar çiçəkləri arasında süni çiçəklər, meyvələr meydana gətirilir. Böyləcə təbiəti-esliyye səbəbi ilə hüsulixeyl zamana müvafiq olan məhsulat elm və eql qüvvəti ilə süni olaraq zühura gətirilir.

İndi buraya qədər saydığım elm və əql xariqələri, əsərləri hər kəsbilər və təsdiq edər ki (haşa), bizlərin deyil, mədəni mərifət sahiblərinındir, ya bizlər bütün-bütün pərişanmıyız? Xeyr, eylə işmi olar?
Qədim, xalis, mütəddiyyin, elmi-islamlann vaxtilə vücuda gətirdikləri əsərləri avropalılardan tərcümə edilən kitablarda oxuyuruz (Tövbə!). İndiki mədənilərin yapdıqlarını görüriiz. Ağzımızı bir qanş açıbsərsəm, mədhuş qalınz. Bu qedərmi? Xeyr, gördüklərimizdən ibrətalayız.
Bəli, biz də keçmiş islam mədəniyyətlərindən, indiki Avropa tərəqqisindən ibrət alınz. Amma nə cürə? İştə bilinəcək, cəhət də burasıdır. Bir çox mollalarımız, oxumuşlarımız var. Qedim islam mədəniyyətini, yalnız adı qalmış indiki zahiri şəriətimizlə o mərtəbəyə, o kamala yetmiş, çatmış zənn edıriər vəbu gün də o fəsad, kar görməz fikirlə guya tərəqqi etmək, qabağa getmək istəyirlər. Heyhat!

Bir qisim kişilərimiz də var. Mədənilərin əsərlərini və o səbəblə de onların rəftarlannı, hallarını xoş görürlər, onlar kimi olmaq istəyirlər. Mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlannı, başmaqlannı çıxanb gödək jaket, dar çəkmə geyirlər, her kəsin 15-20 ildə yetdiyi indiki mərtəbəyə bunlar 5-10 manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir obrazovonm olub qurtulurlar (qeyrətlərinə nəzər dəyməsin!), firəng köynəklərinin yaxasını qulaqlanna qədər çıxarırlar, amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayırlar.

Başlarında elmdən, mərifətdən, aləmdən xəbər yox! Mədəni ərəblərin “əlvəqt seyfun-qateun, əlvəqt naqdun”’ hikmətini bunlar“əlvəqt bizzovqi billabi’yə”” çevirmişlər. İştə bu nazəninlər nə mütəqi, nə də mədənidirlər. Arada sərsəm, avara, yanm cahil (özlərincə obrazovanm), meymunca müqəllid qalmışlar. Bir sözlə, nə axiretləri var, ne dünyalan. Qardaşlar! İndiyə qədər nə oldu-oldu, nə zərər etdik, getdi. Bundan sonra olsun, bir kərə aləmə nəzəri-ibrətlə baxalım, baxalım ki, her gündə, bəlkə, her saatda yerdə-göydə indiyə qədər neməti-ilahiyye, qüwəyi-təbiyyə aşkara çıxarılır. “Neməti bilməz əsiri-cəhl olan, qismətin eylər fuzuntər əhl olan” qayidəsinə həqqlə əməl edilir. Allahın on böyük neməti olan eql səfeh və axmaqca boş yerə tələf edilməyir, bizlərin:

Fərz bil ürfanı, təhsildar ol,
Ümurundan vaqifi-əsrar ol.
Mərifət can oldu insan hism olur
Mərifətsiz laşeyi-biism olur -


hikməti fərzi insaniyyət kimi tutulur. Əqli-səlim qüvvəti ile hər anda esrari-təbiyyəyi kəşf edib elmi insaniyyətə xidmət edəcək ali fikirlər, böyük işlər, faydalı alətlər, dərmanlar, eczalar, vasitələr meydana gətirilir. Bir görə de özümüzə baxalım! Hanı bizdə bir Maniyi-müxtəre müvəccid, aşiqi-səyyahımız. Dövlətli, adh adamlarımız yox deyil, alimlərimiz var, ara-sıra mərhəmətə, cuşa gəlib elm və mərifətin lüzumu barəsində minbərdə, qəzetlərdə köhnəlmiş, min kərə söylənmiş fikirləri, sözləri təkrar edirlər. Çox gözəl! Amma iş yapamağa, görməyə ixtiyarları, qüvvətləri olan böyüklərimizdən yalnız boş fikir, quru söz gözləmiyiriz. indi həzrəti Adəm dövründə deyillər. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarım bunlara sözlə deyil, işlə, önçülük olmaqla bildirməlidir. Yoxsa sözü hər kəs söylər, amma işi her kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır.

Öz vicdanlarında düşünsünlər ki, 15-20 il məmuriyyətiərində insaniyyətə, millətə nə iş görmüşlər?

Bəli, dövlətlilərimiz də var, amma çoxu ömürlərini yalnız pul toplamağa vəqf etmişlər. Pul küpü, sandığı mərtəbəsinə düşmüşlər. Guya mərifət bunlar üçün lazım deyil, səhərdən axşama qədər pul hesabı ilə, axşamdan səhərə qədər pis, qorxulu yuxu, duş ilə məşğul olurlar. Bu kimilər “İnsan yaşamaq üçün yeyir” qaydasım pozub“İnsan yemək, pul cəm etmək üçün yaşayır”a çevirirlər.

Xeyli islam məmurlarımız, məlumatlı kişilərimiz var. Var, amma öz dillərində qəzet oxumağa deyil, onunla söyləməyə, danışmağa belə haya edirlər. (Vəsübhan Allah!)

Bir çox qəzet oxuyanlarımız var; amma özlərindən bir qəpik pulverib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Menim də adımıçəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab
üçün iki qəpik verməyə alışmamışlar: hemiyyətli qonşusundan, yoldaşından araya alıb yanm gözlə oxumağı adət etmişlər. Hasilə, bugün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy gösterirsiz. Aşağıdakı beytlər tamam bizim üçün söylənmiş:

Ləhv ilə ləbəb oldu bizdə kargər
Əslimizdə yox nəsihətdən əsər.
Qüvvəti-dil bizdə düruq lafu lağ,
Bizdə şur mədədir, hökm-bəlağ.
Rəncimiz izafi-efzun istəriz,
Əql üçün daruyi-əfyun istəriz.


Bununla bərabər aramızda iş görən fazillərimiz, məktəblərə, xəla yiqe kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilə noxuyanlanmız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır. Doğruyu ne üçün rədd edəlim? Divar, torpaq qonşularımız bu gün bizim istədiyimiz, xeyir, möhtac olduğumuz məsifətvə mədəniyyətə 50 il əvvəl başlamışlardır. Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılan inəyi mənzilində, məzəllətində qalmışız.

İlahi, bizim millətimizin mərifət bahan ne vaxt gələcək? Elm çiçəklərimiz ne zaman açılacaq? Həmişə böylə gözübağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, biz düşmüşüz? Bu nə yükdür ki, biz çəkirik? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtula bilməyəcəyiz? Axı biz də inşanız! Cəhalət ilə puç olub gedən, mərifət ilə salamata çıxan millətlərdən ibrət alalım! Onlara bu barədə şükür dua edəlim. Edəlim ki, bizə önçülük, rəhbərlik edib ni’ımuneyi misal olmuşlar. Mərifət və cəhalətin xeyir və şərini çox əvvəl pək böyük fəlakətlər ilə təcrübə etmişlərdir. O dərəcədə ki, daha bizə təcrübə üçün bir qaranlıq nöqtə olsun buraxmamışlardır. Ancaq bugün bizə qalan vəzifə bu neməti qənimət bilib insanca istifadə etmək, İbrət almaqdır. Həzrəti Mövlaninin2 dediyi kimi:

İndi şükür olsun bizə pərvərdigar,
Verdi əslafi-ümemdən etibar.
Aqil oldur kim bilib keyfiyyəti
Qeyrin əhvalından aldı ibrəti,
Üstuxanü-pəşmü-giryani-sələf
Oldu pendi-hissedarani-sələf
Əhli-ibrət sahibi-xibrət olur,
Yoxsa halı qeyriçün ibrət olur.

Beli, tədbirsiz, təvəkkül, səyslz qedr ilə boyun büküb durarsaq, halnnız qeyriləre şəksiz ibrət olacaq. İnsaf ilə fikir edəlim. Mücərrəb olan bir işi, bir keyfiyyət ki, təbiəti-zəmaneyi hüsuli qəti və mühoqqəqdir, daha bundan inad və israf ilə özümüzü fəlakətlərə, bəlalara salmağın nə yaraşığı var. Görünmüş və görürük ki, istər islam, xaç-pərəst, istərsə möcüzi-sayib olsun, salamat və rahata yetmək üçünmütləq qədim islamlann indiki avropalıların keçdikləri körpü ilə keçəcəkdir, daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var. Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropa vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, üləma onlan istifadə etməkdədir. Daha bunlara baxmayıb, 15-20 il zəmanənin iqtiza ve icadı ilə yazılan cameyi qəvaİdı əzbərləmək ilə, ərəb saçına oxşayan qanşıq, xırda haşiyələrlə hökmü, əsabəti çoxdan köhnəlmiş, qoxumuş xəyal və cəfən-giyatdan ibarət olan cəfər, nücum, remel… və s. ile vaxt keçirmək, iqtifa etmənin nə menası var.

Keçmiş islam mədəniyyətinin keyfiyyət hüsulunu tədqiq əsər-lərini yada gətirib bugünkü halımız ilə qiyas edə bilməz isək yenə hər kəsdən əwəl babalarının mərtəbəsinə varmağa çalışan Mİsİr islamları ilə vəhşi dərgəsinə düşmüş Ərəbistanın, Farsın, Sudanın hallanm, bir az daha irəli gedərək, bir millət, bir məzhəb, bir qardaş olan Yaponiya ilə Çinin hallanm qiyas edəlim. Xeyr, xeyr. Bunun üçün o qədər uzağa getmək də istəməz. Yanı başımızdakı dükan yoldaşımız, həmşərimiz, tanışımız ermənilərin, gürcülərin halına, işlərinə bir də bizim hamımıza səfalətimizə yad gözlə deyil, diqqətlə baxalım ki, aramızda dağlar qədər təfavüd var. Onlar hünərli, məlumatlı, rahat, asudə, biz isə əksəriyyətlə çoban – “Şükür Allaha, islamam” – deyib, yuxulayan, həqir, fəqir, cahil, qafil… qahnışız. Qardaşlar, acı, lakin doğru sözdən inciməyelim. Dərdini söyləmiyen derman bulmaz. Qızdırma üçün her zaman şəkər, qəndiyyə içmək yerinə bir az daxinə içəlim. Şükür Allaha, dünyanın halı gözümüzün önündədir. Çinlilər kimi dünyanın bir kənarında deyil, dünyanın hər tərəfində, hətta mədəni millətləri ilə torpaq, qapı qonşusuyuz. Çinlilər belə Avropanın bir dəfə vurduğu zərbə ilə oynamağa başlayır, biz nə qədər hissiz və vicdansız ki, vücudumuz parçalanar, ürəyimiz dağılır, namusumuz ayaqlar altına almır, həqirliyimiz, alçaqlığımız yerin dibinə keçir, keçir də yenə bir kərə olsun gözümüzü açmaq, ibrət almaq istəmiriz. Of, insan fikir edəndə divanə olmaq istəyir. Nədir bugünkü derekemiz, nədir qonşularımız arasındakı həqarətimiz? Yeri gələndə qədim ərəb mədəniyyəti ilə fəxr ediriz. Avropalılar mədəniyyəti islamlardan aldılar deye, şışiriz. Amma bir kərə fikir edəlim ki, bu bizim üçün ne qeder ayıbdır. Avropa xaçpərəst ola-ola qədim islam mədəniyyətini qəbul etsin də, biz öz malımızı almaqda, öyrənməkdə bu dərəcə İnad göstərək? Üzrümüz qəbahətdən böyükdür. Utanalım!.. Utanalım!..

Nuh zamanında deyiliz. Zəmanənin halı və təsiri ilə tərəqqi nişanəsi olaraq bizim aramızda da iş görən fazillərimiz, kitab, qəzet yazan mühərrirlerimiz var. Amma çoxluğumuza görə heç! Kitab, qəzet yazan əksərən müştəri bulamadıqlarından kağız pulunu, basmaxana xərcini belə çıxara bilməyirlər. Yüz İldə bir zühur edən həmiyyəti i lerimiz pək böyük məşəqqətə, fədakarlığa düçar olurlar. İştə bunlardan biri olan qiymətli, əziz “Tərcüman”nnız min həftədir fəryad edir, qayət həkitnanə bir məsləklə milləti səlamətə, mərifətə doğru sövqə çalışır,

Həftədə bir dəfə çıxan bu kiçik qəzetin insaniyyətə, islamiyyətə gördüyü xidmət Allah üçün pek böyük, çox-çox alidir. Amma illərcə cəhalət qaranlığında qalan bir millət üçün 20 ildə kiçik bir qəzet çox azdır. İki milyon erməni qonşularımızın 7-8 qəzeti, minlərcə kitablan var. Heyif ki, 15-20 milyon biz müsəlmanlann həftəlik kiçik bir qəzeti də çox görülür. Oxuyanlarımız çox az, həqiqəti gizlətməliyəm.Üləmamızın, böyüklərimizin çoxu lazımınca hümmət göstermirlər. Qəzet oxumağı günah hesab edən, məshəbleri bilinməyən bəzi nadan natiq mollalarda, kişilərdə işim yox, bunlar həqiqətdə deyilən:

Mərdome-moqəddəs ra xub şənasəd, hatef
Kaferem mən əgər in tayifə dindaranənd.

Xülasə, indiyə qədər min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, her millət mərifət ilə yaşar, cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi ise məcmuələr, qəzetlərdir. Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur, qəzet aləmin en nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr xudaya, bizdə də dövri-tərəqqiyə girəcəyimizi bildirən əsərlər, şahidlər çox gec de olsa zühur etməkdədir. İştə çoxdan bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı. Qəzet sahibi özünə düşən həmiyyət ve millətpərvərliyini göstərdi. Görəlim! Biz camaat da özümüzə düşən müaviniyyet ve kömək vermək vəzifeyi-millİyyə və insaniyyəmizi gösterib tezə çıxan bu işığa rövnəq verəcəkmiyiz?

Faiq Nemanzadə “Şərqi-Rus’ qəzeti, 4, 6, 11 aprel 1903, N 3, 4, 5