Qəzet Publisistika

CAVAN BİR MİLLƏTPƏRƏSTİN VƏFATI

By June 8, 2020 No Comments

Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki,  o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.

Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

Məktəbin müəlliminin məvacibini bir çox vaxtlar yalnızca özü verirdi. Şəki müsəlmanlarının deraceyi-etiqadlanna, əfkariyyəlerinə, medəniyyələrinə mücəssəm bir şahidi-əzim olan birinci Cümə məscidinin əvvəlki hali-pürxərabi bu xaliseyi müxlisi-islamın, bu riyasız mütəddəyyinin fikrini bir çox vaxt rahatsız etdi. Onu təmirə və gerçəkdən Cümə məscidinə layiq olacaq bir dərəcəyə salmağa yoldaş axtardı. Her nədənsə o sıra kimsəyi tapmadı. Axırda yalnız başına xeyli pul sərf edərək məscidin mənəvi olan əzəmeti-ruhi avərinə müvəffəq olmaq üzərə zahirini də ənzari-möminini cəlb, qülubi-ebedini cəzb edəcək bir hala saldı. Birinci üsuli-cədid məktəbi mənfəətinə xeyli ianələrdə bulunurdu. Nəqd olan ianələrdən özgə hər il
beş-on yetim uşaq da oxutdururdu. Şəkinin öz cəmaətinən müəllim yetişdirmək üsuli-mütəhəssisinə tövfiqən ikmali-təhsile göndərilən dörd-beş əfəndinin telim məsrəfinin bir qismini də məmnuniyyətlə verirdi.

Xülasə, harada, hər nə cürə bir ianə lazım idisə mərhumun ianəsi ən kəsretli bir qisim təşkil edirdi. Bir çox dövlətlilər kimi işi sözlə deyil, felən, nəqdən tezcə yapıb qurtarırdı. Fikrində, təsəvvü-ründə yapacağı daha çox-çox şeylər də vardı. Şəki bu nümuneyi-həmiyyətdən daha çox əsərlər gözləyirdi. Heyif, səd heyif ki, əksərən həmiyyətlərə, qeyrətlilərə, zəiflərə müsollet olan vərəm (sill) Şəkinin bu müxəffiri-maarifinə de aman vermədi. Qərargahi əbədiyyəsinə çox vaxtsız çəkilməyə bəhanə oldu. Mərhum həqiqətən, çox xoş təbiətli, qayət həlim, xasiyyətcə qibtə olunacaq bir cavan İdi. Doğrudur, mərhumun şayani-zikr elmi, yüksək məlumatı yox idi, amma çox pək, çox oxumuşlardan, obrazovannılardan yüz mərtəbə həmiyyətli, insaniyyətli, sədaqətli, mərhəmətli, doğru sözlü, səbatlı, riyasız mütəddəyyii maarif və millət dostu, bir insani-xalis, bir müselmani-həqiqi idi.

Millət ve maarif yolunda ehsan etdiyi pul, həmiyyət hərçənd özgə böyük şəhərlərə nisbətən çox-çox azdır, onun barəsində yazdıqlarını da mübaliğəli kimi görünür, amma insaf və mülahizəni buraxmayıb mizanə alarsaq Şəki kimi bir şəhərdə mərhumdan on-on beş dərəcə daha ziyadə dövlətli kişilər olub. Bunun etdiyi ehsanın yarısını da eləmədikləri bir yerdə, bir çox qoca kişilərin – hətta bəzi mollaların – üsuli-cədidəni halal-haram bildikləri bir məmləkətdə hənuz otuz üç yaşında ikən millət uğrunda bu dərəcə qeyrət, həmiyyət ve müavinət etmək, yoxluqda varlıq göstərmək, böyüklüyün ən böyüklərindən sayılır. Buna görə Şəkiyə nisbətlə mərhumun haqqında yazdığım həqiqi bəyanatı bir cəhətdən çox az görürəm.

Nə fayda ki, cəmiyyət və qeyrət ezhabının müarizləri əvam dilincə düşmənləri – hər zaman görülmək təbii bir qayda kimi olduğundan Şəkinin bu mərhumu xoşlamıyan besirətsiz, vicdansız əhli qərəz də əskik olmaz zənn edirəm, hətta mərhumun vəfatını məmnuniyyətlə məqamında Şəkidən buraya yazan alçaq, ədəbsizinsan suretindeki bir itin kağızı məni yaxıb yandırdı. Lakin böylə nankorluqlar, küfranhqlar, mərhumun gücünə, halına nisbətlə Şəkiyə, vətəninə etdiyi xidmətlər, ehsanlar yaddan çıxanla bilməyəcəyinə etiqadım çox möhkəmdir. Her yerdə əskik olmayan bəzi vicdansızları müstəsna tutarsaq, hörmətli, qədirşünas olan ümumi şəkili qardaşlarım mərhumun asari-insaniyyə və diniyyəsini mənimlə bərabər qəlblərində saxlayıb onun əsərlərinin qədrini biləcəklərinə ve məsləkini təqib edəcəklərinə əminəm. Cənab haqq mərhuma məxfurət qövm və təcəlqatma və məslək yoldaşlarına səbrlər versin.

Şəkinin birinci üsuli-cədid məktəbinin
sabiq müəllimlərindən Nemanzadə

“Şərqi-Rus qəzеti”, 24 uyul 1904, № 112