Molla Nasrəddin Yazıları

Cavablar

By February 6, 2020 No Comments

Axısxadan:

“Cənab “Molla Nəsrəddin” 1 -ci nömrə məcmuəsində 9 maddə sual edib cavab verənlərə bir il məcmuəsini pulsuz göndərməyini nəzir edibdir. Buna görə bu aşağıda dərc olunan cavablan verib təvəqqe edirəm ki, əgər qəbul olunursa əvəzində birinci nömrədə “Molla Nəsrəddin” qabağında yatan cənabları yuxudan durğuzsun.

1-ci suala cavab – O şəhər Bakı şəhəridir ki, qlava divanxanasının on bir nəfər əzasından ancaq biri öz dilində hıqqana-hıqqana qol çekə bilir…

2 – Şeyx Zahidin bacısının nəvəsinin xalası yuxuda görüb ki, Şeyx Əsgər Səfərinin gecə kitabının Fanatik babının “təfriqə” bəhsində yazılıbmış ki, ortalığı bulaşdırmaq üçün qabı yumaq lazımdır…

3 – Əhər Şəki, Şamaxı şəhərlərinin mədrəsələri dəxi hesaba daxil olursa qumarxana çoxdur… Çarəsi budur ki, cənab Molla Nəsrəddin qəti bir elan cari qıla ki, bundan sonra gərək yas evinin qabağına cəmiyyəti-xeyriyyə tərəfindən bir vəkil qoyula və hər gələn molla millət nəfmə hökmen bir şahı verə… və kişilər (lotular) and içələr ki, bundan sonra onlar naməhrəm Övrətlərə baxmayacaqlar.

5- O cürə kitab ancaqAxsxa uyezdinin qəryelərində tapılar.6 – Müsəlman vaizlərinin qafil karxanalarından çıxır…

7 – Iran xanlarından o cürə xasiyyət aldıqlarına səbəb.

8 – Bu o sirdir ki, hava buludlu olduğu üçün mauzer naxoşluğu insana tez sataşar…

9 – Kamali-ehtiramla ərz edirəm ki, haman teatronun bufet kassasına

Göy altında, yer üstündə – Heyraini

Molla Nasrəddin, 27 aprel 1906, No. 4