Cənab Molla əmi!
Neçə vaxtdır ki, səndən xəbərim yoxdur. Uzaq yerə – Dağıstan tərəfə yun almağa gəlmişəm. Nə qayırım, bizim yun ahş-verişçilərinin üzlərini mürdəşir yusun, heç insafları yoxdur, satdıqlan yunun çox yarısı çirk, palçıq, şaqqıldaq olur. Bəzi vaxt içinə yumru daşlar da qoyurlar ki, çəkidə ağır gəlsin, bununla belə atalarının qiymətini üstünə qoyurlar, Allah onlara min təsbeh lənət eləsin ki, məni diyarbədiyar salıblar! Qərəz, sözüm onda deyil, bizim yerin adamlarının
nainsaflığmı sən özün də yaxşı bilirsən. Mətləbim bu yerin arvadlarından sənə bir para əhval söyləməkdir. Bu başdan onu deyim ki, buraya gələndə yolum “Öskürək piri” olan şəhərdən düşdü. Piri ziyarət edib nəzirimi verdim. Bu şəhərin arvadları çox dilli-ağızlı, çörəkli-duzlu, yanmçıq sözlü, tez-tez danışan və danışanda bir-birinə macal verməyən xalalar, bacılardır. Bir xasiyyətləri de budur ki, biri söz eşidəndə “buy, Xanbacı” deyib içlərini çəkirlər, özləri de bayaq deyirlər, çox da naqqaldılar. O qədər danışıb söylədilər ki, gecə məni qara basdı ve yuxuda gördüm ki, cəhrəmin çarxı qəflətən sındı, yuxuda cəhrə sınmaq çox pis şeydir, bildim ki, mənə bir bədbəxtlik üz verəcəkdir. Səhərdən hazırlaşırdım ki, yola düşüm, dünənki xalalardan birisi gəlib mənə xəbər verdi ki, buy, ay qız, yaxşı xəbər var, gözün aydın olsun, “Molla Nəsrəddin” jurnalı bağlanıbdır. Pirin kəramətini göıdünmü, necə ona qənim oldu! Doğrusu ki, bu xəbər mənim halımı xarab elədi, yuxum zahir oldu: hərçənd bir yana baxsan sen elə bağlanmalısan, çünki pirlərə, ocaqlara ve biz arvadlara çox dolaşırsan, amma genə dərdimizə qalan sənsən, qənimət adamsan.
İndi mən olduğum yerin arvadlarından senə söyləyim: bu yerin arvadları qəribə məxluqdur. Bunların paltarları, yeməkləri, oturub-durmaqları, sir-sifətləri bizimkilərlə heç oxşamır. Dilləri de ayrıdır, bir şey başa düşmək olmur. Hər şeydən məzəli budur ki, hamısı üzü-açıq gəzirlər.
Bunların bir adəti də bizim adətə heç oxşamır: sənə məlumdur ki, biz yenicə dili açılan qız ve oğlan uşaqlarını bir-birinə adaxlı edirik. Amma bunlarda qız uşağı on yeddi və on səkkiz yaşına çatmayınca er sözü eşitmir! Bir qız er sözü eşitməyə ve ərə getməyə uşaqlıqdan hazırlaşmaya on səkkiz, ya iyirmi yaşında ərə gedəndə Öz sahibinə
ev tikə bilermi?!
Bu yerin övrətlərinin bir pis adətləri de budur ki, çox işləyirlər, hətta kişi İşini de bunlar tutur: söz yoxdur ki, işləmək yaxşı zaddır, zəhmətsiz bal yemək olmaz, amma daha nə lazımdır ki, o qeder özünü işə verəsən ki, gedib kişilər ilə xırman döyəsən, yainki dalma dolu çuval götürəsən? Axmaqlar qanmırlar ki, bu sayaq işləmək kişiləri tənbəl eləyir və arvadları hörmətdən salır. Və bir də bu yerdə xanım ilə qulluqçuya təfavüt yoxdur, deyəsən ki, burada heç xanım yoxdur. Buranın xanımı da rəiyyət arvadı kimi işi Özü görür belə ki, buranın xanımı inəyi özü sağır, qabını özü yuyur, evini özü süpürür, yatanda yorğan-döşəyini özü salıb-yığır, paltarlarını özü geyinir, üzünü Özü yuyur, başını özü darayır, hələ deyəsən aftabasım da özü götürür.
Bura arvadlarının daha da çox təəccüblü işləri var, inşallah onları da gələcəkdə yazaram.
Çəhrəci Xala
“Molla Nəsrəddin”, 20 avqust 1907, N31