Qəzet Publisistika

Biz də vaxta görə çalışaq

By August 13, 2020 No Comments
Millət, yetər bu sabir, bu cövrü təhammülat,
Heç olmasın cəhalətə bağlı olan həyat

Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.

Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.

Hər kəsə məlumdur ki, vəqqi-səadətdə bir zəman həlal olan,alışılan bir əməl birdən nəhs olunurdu. Bir gün məmnuniyyətlə başlanan bir iş az zaman sonra mən olunurdu. O barədə gələn Allahın əmri ayətimənsux və mübtil olurdu. Bu gün haram olan ertəsi gün həlal olurdu. Demək ki, haşa bir qərarda qalması lazım zənn edilən əmri ilahi belə dövrə, əsrə, ilə görə yox, bəlkə ayın, günün təqazasına görə dəyişilirdi.

Çünki cənab haqqın hikməti dəyişməyən, bir qərarda qalan bir dürlü, bir məzmunlu əmri-ilahiyə camaatı tabe etməkdə deyil, biləks əmri-ilahini, vəhyirəbbanini camaatın halına, zəmanənin təqazasına görə inzal buyurmaqda idi. İştə peyğəmbərlərimizin öz zamanındakı iyumi-təbəddüllər, təğyirler, bizim üçün birər nümunə, birər ibrət olmaq ilə bərabər dini və dünyəvi əməllərimizdə, əmrlərimizdə tətbiq edilmək üzrə ‘Teyükəlfullahu nəfsən illə vusihə” ayəti-cəlilesi “əddəruratu tubihül-mehzurati” hikməti-məşhurəsi və həzrət Əli aleyhissəlamın “əllimu övladəkum biqeyri zəmanənikum…””* məzmununda yüz cür, min növ ayətlər, hədislər, hüccəti-əimmələr, qiyasi fuqəhalar, kəlami-kibrlər yenə bizlər üçün birər nümunə hüsni məsəl olmaq üzrə buraxılmışdır. Heyif ki, zəmanəyə görə çalışmağımız üçün bunca gözəl misallar, asanlıqlar ola-ola bizlər yalnız hansı məqam və hansı hal üçün deyildiyindən bixəbər olduğumuz: Allah kərimdir.
Sənin çalışman ilə olmaz. Allahın təqdiri lazım. Allah rizqi yetirər. Ölüm var, çalışmaq neyə gərək. Tədbir təqdiri pozar. Olacağa çarə olmaz. Sən nə işlərsən işlə, Allah bildiyini eləyər. Allaha sığınan məhrum qalmaz… kimi cümlələri əzbərləyib, öz təqsirimizi örtmək üçün haman bunların birinə yapışırız. Bəzisinin əsasından, nəticəsindən bixəbər mollalar kimi döşümüzü genişlədəcək bunları oxuyuruz, tənbəllər, səfehlər kimi mütəsəlli oluruz. Mütəsəlli oluruz da yerimizdə, köhnə fikrimizdə mıxlanıb, batıb dururuz. 

Aman ya rəbbi, iman və etiqadda bizlərdən yüz dərəcə daha möhkəm və həqiqətən daha vaqif keçmiş maarifpərvər islamların zəmanənin təqazasına görə olan hərəkətləri bizlərə neçün nümunə olmuyor da bugünkü övliya bücüklərinin öz mənfəətlərinə xidmət etmək üçün qurduqları duzaqa tələyə düşürüz? Zəmanəyə görə çalışmaq, dəyişmək istəmiyoruz. Lakin heç fikir etmiyoruz ki, əgər əsrə, vaxta görə dəyişmək lazım gəlməsəydi, nə Abbasilərin o şeşəli tərəqqiləri, ne Əndəlis ərəblərinin əqlə heyrət verən o mədəniyyətləri, nə də türklərin aləmi vəlvələyə salan fütuhati-cahangiranələri meydana gəlirdi. Bunların
cümləsi nədən? Təqazaya görə çalışmaqdan.

Hər fənalığın mənbəyi, başı hər dürlü fəlakətimizə mücib olan qədim adətlərimizin, səfihanə əməllərimizin zərərini həqq ilə təqdir etməmək, her kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun faidə ve qiymətini təmyiz etməməkdir. Ən ciger parçalıyacaq burası ki, zəmanəyə uymamazlığın, tənbəlliyimizin və qeyrətsizliyimizin müəssəm şahidləri, müessəm nişanələri olan Şəki, Şamaxı, İrəvan, Naxçıvan… dakı gözləri yaşardacaq bir halı-xarabaya gələn anların (məzar günbəzləri) hər gün gözlərimizin önündə durduğu halda onlardan zərrə qədər olsun bir ibrət alamıyoruz. Maarifpərvər əcdadımızın qüdrət ve əzəmətlərinə dərəceyi-maariflerine dəlalət edən o asari əzimenin bugünkü xarab halları gözlərimizə neçün tikan kimi batmıyor? O yadigarların lisan halları ürəyimizi neçün parçalamıyor? Neçün bunlara baxıb zəmanəyə görə dəyişmək, istiqbal üçün hazırlanmaq istəmiyoruz?

Aman ya rəbbi! Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, her gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsil həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar – tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə alsalar- küfli bir fanatik, ən cahil mütəessib bir türküstanlı, buxaralıyız. Bunlarla bərabər ortada yad-əcnəbi surətində bir müsəlmanlıq sözü gəzib duruyor. Amma inanılsın ki, cümlənin sözü, iddiası hep bəhanə, yalançı sufilik, özgələri aldadıcılıq, cib doldurmaqlıq, qərəz və mənfəətə xidmətdir…

İştə bu qərəz və mənfəəti-şəxsilər bizləri dəyişməyə, zəmanəyə göre çalışmağa qoymur. Hanı bizim alimlərdə, qazılarda, mollalarda, tacirlərdə millətimizin bu zamanda həyatına bais olacaq əsərlərə, vəsilələrə təşəbbüs və iqdamları. Yeri gələndə, söhbət düşəndə Özlərini hamiyi-din, rəisi-millət, alimi-baəməl kimi göstərən vərəsetül-övliyalanmızdan hanı millətə
xeyir və faidə gələcək dindaranə, alimanə bir hərəkət?

Ah, mollalar, axundlar!
Nedir təhəyyüli-hirse bu rütbeyi-qeyrətiniz?
Türabe münqəlib olmaq deyilmi qayətiniz
Bugünkü qəfləti-məşum xəndəniz yerinə.
Sabah həşrə qədər ağlasınmı millətiniz?
Düçari-niqməti təhzib qıldınız vaveyla.
Bu qövm ikən, bu vətətıkən vəli nemətiniz.
Devamİ-cəhl ilə zənn etməyin dəvam eylər.
Nihayete iriyer ömri-biodalətiniz.
Nə qanlı yaralar açdı qülubi-islame,
Məhəmməd ümmətinə qarşı suyi-niyyətiniz.
Üdul eylədi reh həqdən, ey rasuli-həqq.
Təhəmmül eyləməsin şani-edliyyetiniz.
Bir kərə ətrafımıza baxınız, nə görürsünüz.


Hümayun manifest nəşr olundu. Mində bir ellərə düşməyən fürsətlər əllərə düşdü. Yəhudilərə vanucaya qədər her millət bu xeyirli gündə, bu qiymətli fürsətdən istifadə etmək fikrinə düşdü. Hər şəhər, hər uyezd öz camaatlarının dərdlərinə, qeydlərinə qalıb, millət övladı, camaat fuqərası üçün bir təsisat, bir xeyirli əsər vücuda gətirməyə çalışırlar. Hanı… hanı bu qədər müsəlman şəhərlərindən de bir xəbər, müsəlmanda da bir tərpəniş? Eyvah… eyvah! Qiyamətə qədərmi kor gəlib, kor gedəcəyiz? Qafil doğub, qatil öləcəyiz? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qedərmi sürükləyib götürəcəyiz? Nə vaxt bir de zəmanəyə, təqazaya görə çalışacağız? Ey şeyxülislamlarımız, müftilərimiz, qazılarımız, mollalarımız, axundlarımız, müəllimlərimiz, qulluqçularımız, sövdəkarlarımız, bəsdir… bəsdir bu qədər səbir, bu qədər təhəmmül. Allah eşqinə, din naminə, millət xatirinə, övladi-ümmət adına bunca həqarətlər, təhəm müllər bəsdir!

Namiinsaniyyet, imanü vicdan naminə,
Ac qalan, zar ağlayan blkes yetiman naminə.


Bu qeder səbir və təhəmmül, bu qeder qəflət ve cəhalət, bu qədərzillət və həqarət bəsdir!

Biz də hər şeydən geri qalan camaatımızın dərdinə qalaq. Camaat uğrunda mübarək dişlərini sındıran, üzünü parçalayan, neçə yerlərdə öz mübarək canını təhlükəyə qoyan həzrəti-şərin əsil məzhəbini,hikmətini bilək. Ayın, hətta günün teqazasına görə dəyişilən ibrətinusari-ilahi əmrlərin dünyəvi işlərimizdə də nümunə olacağını yaddan çıxarmayaq. Dinimizin hər nə cür əmri, hökmü olursa olsun ancaq dünyada insanca yaşayan, axirətdə feyziyabi-ruhani olmaq üçün olduğu həqiqətini unutmayaq, hər işi şərait üsulu ilə axtarıb indiki və keçmiş millətlərin əhvali-tarixiyyolorini nəzəri-ibrətə almazsaq bir dürlü olması zənn edilən Allah hökmlərinin zamana görə dəyişildiyindən olsun barı ibrət alaq, dəyişək!

Görürüz ki, bir ovuc millətlər zəmanəyə görə olan maarif və səyi və himmetləri sayəsində milyonlarca cahil, qafil insanlan özlərinə maddi, mənəvi əsir edirlər. Hər millət öz camaatı, öz milləti uğrunda varını, yoxunu, hətta canını fəda eləyir ki, əsarətə, həqarətə giriftar olmasınlar. Bir az əqli başında olan millətlər özgə gurultulara, özgələrin əhvalına qulaq verməklə bərabər bütün qüvvətlərini, qeyrətlərini, fikirlərini öz millətlərinin tərəqqisinə həsr edirlər.

Amma bizlər… Ah, bizlər guya hər vacibli milli işimizi qurtarıb arxayın, rahat olmuşuz kimi oturub gözəl-gözəl fürsətləri itirib ağzımızı özgələrin esərlərinə qarşı açıb qalmışıq. Qulaqlarımızı özgələrin sözlərinə tikib durmuşuq. Beynimizi bizə əsla xeyri olmayan boş politika və cəfəngiyat ilə çürüdüb öz işimizdə məəttəl qalmışıq, qalırıq.

“Əddunya sicnun lilmömininə”* kəlami-hikmətamiz ilə işdən əl çəkib qafilane oturmaq, hər yerdə qaranlıqlara soxulub miskinanə heyvane yaşamaq mənasına alıb “leyselinsenu illə mesəə”* buyuran dinimizi pozub islam cübbəsi adı altında islamiyyət düşməni, rəhbanlıq, büdperestlik tərəfdarı olmuşuq.

Əsil islamiyyətdən, zəmanənin təqazasından bixəbər yatırıq, halbuki zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, har zərrə dəyişir… İnsaf ve mürvətmidir ki, bizlər her şeydən də dişarı
olaq? Dəyişməli, biz də mütləq dünyəvi əməllərimizi, göz görə təhlükələrə, səfalətlərə sürükləyən köhnə adətlərimizi, cahilanə fikirlərimizi, əməllərimizi dəyişməliyik. Və illa özgələr bizləri bütün özgə yolda dəyişdirib yox edərlər…

İmdi de olmazsa fikrefruzi-nuri-intibah
Olmaz olsun boylə suzişli, fəlakətli həyat.


Hanı bizim sahibmənsəb rəislərin, müəllimlərin, qulluqçuların, sövdakarlann cəmiyyətcə bir ittifaqları ki, ərz hal ilə məhəllinə müraciət edib, bu mərhəmətli vaxtda, bu yuxulanmayacaq zamanda bizi də rus təbəələri əlan sair insanlar cərgəsində qoydurub ümumi hüquqdan istifadə etdirələr? Ham bizim əfəndilər, axundlar, ağalarımız, hardasınız?

Millət bu gün sizlərin hümmətinə, mərhəmətinə bağlı. Övladi-ümmət küçələrdə gözü yaşlı, səfil-sərgərdan olaraq sizlərin ümidinəqalmış. Hərçənd İslah olunacaq hallarımız həddən artıqdır. Lakin indilik ən lazım və mümkün olanlarına təşəbbüs edək, Baxınız, bu böyük Qafqazımızın bir şəhərində olsun, bir cəmiyyəti-xeyriyyəmiz yox, bir təbşirkətimiz yox…yox, yox! Həmişə bir yoxluqda üzürük…

Bir vaxt darülfünun yerində olan mədrəsələrimizdə varlıq içində yenə bir yoxluq göstərilir.

Zalım fələk ise bizi gözləmir. Çalışana verir, irəli götürür. Çalışmayanları, öz millətinin dərdinə qalmayanları ayaqlar altında əzdirib geri buraxır. Əsrimiz özgə əsrdir.

Bir əsrdir ki, əsrimiz, onda
Ölü olmuş miləl, böylə zində.
Böylə bir əsr içində bax bizi də
Mollalar etmək istiyor mürde.

Biz də bu əsrdəyik, biz də dirilib, zamanın təqazasını, millətin bugünkü ehtiyacını, qonşu millətlərimizin səy ve tərəqqi hallarını nəzəri-diqqətə alaq. Alaq da gözəl vaxtları böyük nemət bilək. İttifaq ilə hökumətimizə müraciət edək. Nicat və səlamətimiz naminə ən əvvəl bizə lazım və fərz olan üsuli-cedid məktəbləri, mədrəsələri güşad, mövcud və xerab olanları tovsi və emar eliyək. indilik Bakıda, Tiflisdə olsun birər “cəmiyyəti-xeyriyyə” təşkil, hər şəhərdə qiraətxana təsis eliyək.

Uşaqlarımızın bir qismini üsuli-cədid mədrəsələrinə verməklə bərabər, mütləq digər qismini də rus uşqollarına verək.

Bu surətlə məktəblərimiz, maarifimiz olursa, alimlərimiz, mollalarımız, müəllimlərimiz… öz vəzifələrini, borclarını bilərsə, rus məktəblərində oxuyanlarımız çoxalırsa, bu gün uzun-uzadıya danışılıb, yazılıb heç bır cəhətcə qəbul və həll olunmayan məsələlər evvəl zaman özbaşına, öz sövqi-təbiisilə bir cəhətə həll olub qurtular. Heç bir kimsə ilə işim olmuyaraq deyə bilərəm ki, bu gün həyat və mematımızın bağlı və mərbut olduğu məktəb, yəni maarifimiz məsələsini buraxıb, özgə məsələlərdən bəhs etmək, doğrusu, bir bağbanın, ağac köklərinin bulunduğu torpağı lazımınca tərbiyəyə çalışmayıb havanın təsirindən çiçək, meyvə gözləməyinə oxşar. Xülasə, bizi adam edəcək, bugünkü qəflətdən, səfalətdən qurtaracaq, bar-bar bağırdığımız mədəniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa o da ancaq-ancaq məktəblər, mədrəsələr və mətbuatdır, bir sözlə, maarifdir. Ozgə hər dürlü səy ve fikir boşdur, əsassızdır. Ümidvaram ki, qiymətli vaxtları fövtə verməyib, qonşularımız qədər olsun, həyat mayilimizə çalışarıq.

Bəstir inqirazın son dəminde qaldıq.
Amacı oldu Quran təzyifi-ruzigarın.
Olsunmu nuri-islam həp qərqeyi-siyahi?
Yoxmu sabahı yoxsa bu leyli-hövl-tarın?
Rahi fənada hər kəs bizdənmi ibrət alsın?

Nemanzadə

“Şərqi-Rus” qəzeti, 28, 29 avqust,
2 sentyabr 1904-cü il, №147, 148, 152