Molla Nasrəddin Yazıları

Bir Arvadın Cavabı

By February 12, 2020 No Comments

Hörmətli Molla əmi!

Yazıb sizdən təvəqqe edirəm bizim bu kağıza yer verəsiniz. Keçmişdə jurnalınızda hamamdan, tiryəkdən, molladan, falaqqadan, cadu-pitidən, üzerrikdən, ilandan, qurbağadan ve s. belə-belə şeylərdən yazırdınız. İndi yəqin ki, sözünüz qurtarıb yapışmısınız bir arvadların yaxasından. Məsələn, 23-cü nömrənizdə arvadların qaşınmağından yazırsınız. Qaşınmaq nə eyibdir? Adamın bir yeri gicişəndə qaşıyır, əgər qaşınmaq arvadlara eyibdir, pəs kişilər niyə qaşınırlar! Mollaların qaşınmaq əski peşəsidir və Bakı vağzalında dünyagörmüş bir müsəlman qardaş şəkər maşasilə boynunu qaşıdığı ve hətta qulağını qurtdadığı və dırnağını təmizlədiyi məgər sizin yadınızdan çıxıbdır?

24-cü nömrənizdə yazırsınız ki, arvadlar pul hesabı bilmirlər. Bunu gərək siz heç yazmayaydınız. Arvadlar başına nə kül töksün, hansı məktəbdə arvadlara elmi-hesab oxudubsunuz ki, pul hesabı bilsinlər ve bir də mən görüb ve eşitmişəm ki, çox kişilər də pulu barmaqları ilə hesab edirlər və iyirmiyə iki on, yüzə iki əlli deyirlər.

25-ci nömrədə arvadların saqqız çeynəməyinə lağ eləyirsiniz, guya müsəlman xanımlarının adı çəkiləndə onların saqqız çeynəməyi yadınıza düşür. Saqqız çeynəməyin nə eybi var? Bes saqqızı nədən ötrü qayırıblar ve saqqız olmasa çərçilər ne ilən alış-veriş elər.

Niyə rus xanımlarının semiçka çırtdamağı eyib deyil, bizim saqqız çeynəməyimiz eyibdir? Və mən çox kişilər görmüşəm ki, arvadları saqqız çeynəyəndə deyir ki, “ay arvad, ondan bir az qır, mənə də ver”.

26-cı nömrədə arvadların başmağına lağ edirsiniz. Bəs sən özün molla kişisən, insafla söylə, rus ve erməni tikən çəkməni geyib pirə getmək olarmı və o ziyarət qəbul olunarmı? Və bir neçə nömrənizdə müsəlman arvadlarının libasını çəkib başlayırsınız üstünə gülməyə, məsələn, jurnalımızın 17-ci nömrəsində atlar müsəlman arvadlarını küçədə görüb ürkürlər, məlumunuz ola ki, o atlar rus atlandır, onlar heç müsəlman arvadları görməyiblər. Hərgah rus xanımlarının libasını və onların at minib üzüaçıq kişilərlə gəzdiklərini müsəlman şəhərlərində, məsələn, Təbrizdə ya Mazandaranda görsələr nəinki o yerin atlan, hətta adamları da onlardan ürküb qaçarlar. Və xülasə, sizdən təvəqqe edirəm ki, müsəlman arvadlarının şəklini jurnalınızda çəkməyəsiniz, çünki bizim rusça telim alanlarımız o şəkilləri görüb bizdən vahimələnirlər vo rus qızlarının dalınca düşürlər ve çox ittifaq olur ki, dönüb rus qızı alırlar, bu da siz mollalara heç xeyir deyil.
Çünki kəbin pulu sizin cibinizdən çıxıb keşişlərin cibinə girir.

Cəhrəçi xala

”Molla Nasrəddin”, 13 oktyabr 1906, No. 28