“Molla Nəsrəddin” nəzir edib məcmuəsini il başınadək göndərsin o şəxslərə kİ, bu aşağıda yazılan suallara cavab yazıb göndərə darəmizə:

1. O hansı şəhərdir ki, qlava divanxanasınm on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir?

2. Bir qabdan ki, sütmiməzhəb su içə o qabdan şiəməzheb su içəbilər, ya xeyr, o qabı təmizləmək lazımdır, ya xeyr?

3. Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana?

4. Yas evinə plov yemək üçün zor ilə hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir?

5. Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?

6. Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarından çıxır?

7. Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgələri sancmır?

8. Bu ne sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla oldular ki, təbiblər onların çölə çıxmağını rəva görmədilər?

9. İrəvanda teatr məclisində “Uşi” camaatı üçün cəm olunan dördyüz manat hara təşrif apardı?

“Molla Nəsrəddin”, 7 aprel 1906, Nel