Cənab mühərrir!
Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, ne de əski!
Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalım məccani oxutdurur.
Camaatımız qənaətlidir. Öküz ve eşşək işlərindən qeyriləre baxmazlar. Bu səbəblə uyezdlərimİzdə bir müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köyde, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsulİ-cədid məktəbi düşdüyü halda, İyirmi evə bir meyxana ile iki qəhvəxana isabət edir.
Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori darülmüellimində bizdən ancaq bir müsəlman var.
Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil, Heyif ki, maarifə, millətə olan hümmətləri pək azdır.
Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır.
Ö. Nemanzadə
Tərcüman qəzeti, 7 yanvar 1900, N1