Bir az hemiyyəti-milliyesi, melumati-elmiyyəsi olan Qafqaz müsəlmanları içində cənab Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pək uzaqda bulunan qardaşlarımızın bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər-diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin: cənab Əhməd bəy Ağayev bu halda Bakıda nəşr edilən “Kaspi” qəzetinin ən qeyrətli, yorulmaz, məlumatlı mühəmrlərindən biri və Bakı gimnaziyalarının firəng dili müəllimidir. Bu zat əslən qarabağlı olub orada “realnı” məktəbini ikmal ile bərabər türk, fars, ərəb dillərinin və ədəbiyyatını gözəl öyrənmişdir. Bu qeder bir təhsil bizdə “alim” olmağa əksərən kifayət etdiyi halda bu elm aşiqi xudadan olan istedadi-fitriyyəsinin sövqü ilə Firengistana gedərkən orada Fransanın ən məşhur darüt fünunu olan “Sarbonnaya” daxil olmuşdur. Kamal ilə səfahetin, elm ile əyləncənin geniş bir meydanı olan Fransada da sey və hüsn-əxlaq tərəfinə meyil edib darülfununu İkmal etmiş və bu surətlə Qafqazıya müsəlmanlarının – əgər İstər və çalışarlarsa – fransızlara rəqabət edə biləcəklərini isbat edərək Qafqaziyaya övdət etmişdir, övdətdən biraz sonra “Kaspi” qəzetinin vəsi meydanı bu zatın qələmi həmiyyə-tinə müsaid bir covlangah olaraq hər yazdığı məqalələri her kəsə ləzzətlə oxudacaq faydaterz bir bexşde təhrir ilə gəlməkdədir. 

Hələ əhvalı və siyasəti-islamiyyə barəsində qayət vüqufanə yazdığı məqalələr həqiqətən bizdə misli nadir tehrirat ve melumati elmiyyedəndir. Bu yolda açdığı cığır və bu cığır ilə bizlərə bildirdiyi yeni-yeni elmlər, işarə elədiyi ülvi məqsədlər, müqəddəs əməllər istiqbali-millet üçün birər bəraeti-estehlal, birər bərati-feyz ve tərəqqi olsa şayandır. İştə cənab Əhməd bəy Ağayev 10-15 ildən bəridir ki, Qafqaz mətbuatında bu surətlə, yəni ötgün qələmi ilə, geniş məlumatı ilə, durbinane nəzəri ile, surəti tehriri ile, əsabeti-reyi ile, həmiyyəti-milliyyəti ilə kəsbi-təmyiz etməyə başladı, öylə bir tərzdə ki, məsləki-aliyyəsi ilə bütün məlumatlı gənclərimizə üslub təhlili ilə bir çox yazıçılarımıza, vüquhanə məqalələri ilə hamı ezhabi-zekaya məhəbbəti-milliyyəti ilə ümumi rusca təhsil edən “obrazovannı larımıza bir misli-ibrət, bir nümuneyi-həmiyyət olmaqdadır. Öylə bir dərəcədə ki, irəlidə məktəb şagirdlərinə belə həmiyyət ilə melumatın, cürət ilə səbatın, qeyrət ilə təşəbbüs və müvəffəqiyyətin bir yerdə, bir zatda təcəmmö edildiyinə misal ve nümunə olaraq gətiriləcək hörmətli, böyük adların arasında “Əhməd bəy Ağayev” namı da mütləq bulunacaqdır.

Bir çox qiymətli əsərlərin, şahidi-adillərin iraə etdiyi bu nam şübhə yox ki, ortada ciddi bir əsər və dəlil olmayıb, ancaq bir qərz və ya məcburiyyət ilə müvəqqətən parladılan adlar, şöhrət kaziblər, qüvvətli fosfor əczası ile artırılan işıqlar kimi az vaxtda sönməyəcək, unudulmayacaqdır. Biləks hər müəssirin şanı əsrin mükəməliyyeti ilə olduğu kimi bu mühərriri-hürriyyətpərverin namı da mənim bir-iki dəqiqəlik sözlərimlə deyil, yazmaqda olduğu istifadəli məqalələri ilə, əsərləri ile və mütexəlliq olduğu həmiyyəti-milliyyəti ile mütənasib olaraq qalıb, ümmətdə bir çox zaman baqi qalacaqdır. Bəli, madam ki, insanın ömrü ati üçündür və madam ki, insanın bu pənah aləmində mükafat və mücəzat görən özü deyil, namıdır, kətbi-nəqliyyodə de ki, o nam “ruh” ilə yad edilmişdir. Bu halda Əhməd bəy Ağayev narmnın, yəni ruhunun da uzun zaman bərhəyat qalıb mükafat görəcəyinə şübhə yoxdur.

Xülasə, zahirən uzun, amma həqiqətdə çox müxtəsər olan bu sözlərimlə mücəssəm nümuneyi-həmiyyət olan cənab Ağayevin qüdrəti-elmiyyəsini göstərmək deyil, ancaq məhəbıi, qələminin yazı deyilən şəkildə cövhərlər səpdiyi yeri, qəzeti bildirmək istədim ki, uzaqdakı, xüsusilə Sibir, Səmərqənd, Qazan, Orenburq, Ufa… tərəfindəki rusca bilən müsəlman qardaşlarımız da fürsəti fot etmiyərək Bakıda yovm olaraq nəşr edilən vəillik qiyməti 8 manat yarım olan “Kaspi” qəzetini oxusunlar, müstəfid olsunlar. Oxusunlar da, indiyə qədər pərdeyi-xəfadə qalan bir çox keçmiş əhval və məfaxiri-islamiyyemizi, bugünkü əsbabi-tedeniyyəmizi, indiki vəzi-mehlikəmizi, çareyi-xilasımızı, ümidi-istiqlalımızı bilsinlər.

Ö.Faiq Nemanzadə

Şərqi-Rus qəzeti, 23 May 1904, No.60