Bir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında
M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!
Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.
Mütəəllimə. Bu nə söz, şəriət kişilərin kefi deyil ki?
Müəllim. Kefi deyilsə do, kefinə müvafiqdir.
Mütəəllimə. Heç vaxt!
Müəllim. Her vaxt!
Mütəəllimə. Başa düşmürəm, bune cür ola bilər?
M ü ə ll i m. Nə cür olacaq, şəriət kitablarında açıq yazılıbdır ki, kişilər arvadların qivami sahibidir. Namaz qılmasanız döyərik, oruc tutmasanız söyərik, rüsxetsiz evdən bir addım atsanız ənginızi əzərik. Kefimiz istəyəndə boşarıq. Bınmci arvadın yaşı bir az ötəndə onu
aşxanada buraxıb ikincisini, üçüncüsünü, hətta dördüncüsünü də alarıq.
Mütəəllimə. öylə, amma eşitmişəm ki, şəriətə müvafiq ikinci arvad almaq çox çətin.
Müəllim. Çətin o vaxt olardı ki, heç rüsxət olmuyaydı. İndiki var, yol tapmaq nə çətin şey? Allah “hiyleyi-şoriyyomize” bərəkət versin.
Mütəəllimə.A müəllim ələndi, siz bu gün lap özgə cür danışırsınız.
Müəllim. Söz açıldı da deyirəm. Çox da sevininə ki, “işıq” çıxdı, insanlıq yolu ilə istədiyimizi elərik.
Görürsən, istanbulda bir xanım fotoqrafıyasını aldırmış ki, uzaqda olan bacı-qardaşına göndərsin. Bu xəbəri “İşıq” duyan kimi bax o xanım üçün nə qiyamətlər qopartdı. O xanımı şəriətdən çıxmış bir böyük günahkar hesab etdi və həqqı də var idi.
Mütəəllimə. Bağışlayınız, bunda yanlışlıq olmalı. Fotoqraf çıxartmaqda nə var? Xədicə xanımın özü de çıxarıbdır. Özü də Tiflisdə həmişə üzüaçıq gəzirdi. Avamı aldatmaq üçün ikiüzlü olmağı Xədicə xanıma layiq görmürəm.
Müəllim. Öylə, amma Xədicə xanım bu gün “müherrirə” oldu, borcudur ki, elə yazsın, şəriət xadiməsi görünsün.
Mütəəllimə. Öylə İsə atamın sözüheqdirki, deyirdi: müsəlman müherrirlərinin öz əməl və əqidələri ilə yazıları arasındakı fərq mollaların ağ sanqlan ilə qara qəlbləri arasındakı fərqdən artıqdır.
Müəllim. O bəhsləri buraxaq, “Işıq’T oxuyun, görək nə qanırsınız.
Mütəəllimə. 3-cü nömrə 7-ci səhifə: “Mədəniyyət ve tərəqqi bizim qabağımızı kəsən nədir?” Müəllim əfəndi “rahində”
sözünü başa düşmədim, nə deməkdir?
Müəllim. “Rah” farsidir, yol deməkdir.
Mütəəllimə. Öylə isə onu yazan Heyat xanımın sualına men cavab verim: “Mədəniyyət və tərəqqi rahində bizim qabağımızı kəsən “yol” sözünün yerinə bilgi satmaq üçün “rah” yazanlardır”.
Müəllim. Bir az daha oxuyunuz.
Mütəəllimə (oxuyur). “Zülmət niqabı bizim Hiyimizdən götürülmüyəcəkmi?” Burada da “ru” sözünü bilmədim.
Müəllim .Türkcə “üz” deməkdir.
Mütəəllimə. öylə isə zülmət niqabı bizim üzümüzdən o vaxt götürürlər ki, öz “üzümüzün” qədrini bilmək və üzümüzü tanıtmamaq üçün “maska” keçirməyək. Burada genə atamın sözləri yadıma gəldi. Rəhmətlik deyərdi ki: “Müsəlman əlinə qələm aldımı, deyəsən özgələşir, türklüyündən, özlüyündən çıxır. Axtarır ki, hardabır ərəbcə, farsca söz varsa tapıb yazsın”. Doğrudan da belədir, budur Xədicə xanım yazır: “Əli əlcəmah qəsəbi-hüquq…”
Müəllim. Hər şeyin gözəlliyi çövlündən, işindən bilinər. Məsələn, arvadın gözəlliyi elindən, kişinin bığlarından (müəllimin bığları gözəldir), yazıçının böyüklüyü və hünəri de türk sözlərinə fars ve ərəb sözlərini qarışdırmağından bilinər.
Mütəəllimə. Böyük millətlər qalsın, qonşumuz gürcü və ermənilər belə bu bəhsi yüz il əvvəl qurtarıblar. Amma heyif ki, biz indi başlayırıq. Qərəz, buraya keçək.
Müəllim. Öylə qanıram İd, siz üzüaçıq gəzməyə də tərəfdarsınız?
Mütəəllimə. Əlbəttə, kim öz həya ve ismətinin yoxluğundan qorxursa və kim özünü saxlaya bilmirsə, qoy onlar qapansın. Bəli zülmət niqabını, bu vəhşi adəti, bu uşaq oyuncağını götürək.
Müəllim. Sonra din?
Mütəəllimə. Din ağıldır, ağıla yaraşmayan gərək dinə də yaraşmasın.
Müəllim. Şeytanın da əqli çoxdur, amma din və yoldan çıxdı. Görünür, siz də öylə istəyirsiniz.
Mütəəllimə. Şeytanın ağlı olsaydı, ilanın ağzından cənnətə girdikdən sonra bir də çıxıb başını bəlalara salannıdı?
Müəllim. Qədri, yazısı öylə imiş.
Mütəəllimə. Bəlkə biz arvadların da qədri yalançı hicab niqabım atmaqdadır.
Müəllim. Siz məktəblilər ile şeytan da başarmaz. Şükür Allaha ki, Xədicə xanım sizə oxşamır.
Mütəəllimə. Xədicə xanımın qələminə baxma, ürəyinə bax.
Bax ki, hər nömrəsinin birinci səhifəsində balaca qıza işığı göstərən
arvadın nəinki üzü, hətta döşü də açıqdır.
Müəllim. Hələ ver görüm (“İşıq”ı alıb baxandan sonra). Tfu şeytan sənə, atalarımız onunçün deyiblər ki: “Ata, itə, arvada inanmaq olmaz”.
(Sonra lazım olsa yazılacaq).
Lağlağı
“Molla Nasreddin”, 8 oktyabr 1911, N 35