“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.

Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.

Məndən soruşardılar ki, nədən qorxursan?

Mən dinməzdim.

Sonra eşitdim ki, İrəvanda, Bakıda, Şuşada, Naxçıvanda Vladiqafqazda, Gəncədə ve qeyri şeherlərdə “İrşad”a pul yığırlar.

Bu xəbəri eşidəndə həmişə mən yanımda oturanlara deyərdim “qorxuram”. Məndən soruşardılar kı, neden qorxursan?

Mən dinməzdim.

Sonra bir övqat da “Təzə həyat”da müsəlmanlar başladılar “İrşad”ı tərifləməyə ki, məsələn, “İrşad” müsəlmanlara bu cür ve bu cür xidmət edirdi, yazdılar, amma men genə yanımda oturanlara dedim ki, “qorxuram”.

Həqiqət mən çox qorxurdum.

Qorxurdum ki, “İrşad”ın barəsində haray-dad eləyənlər qüssədən əriyib ölələr, qorxurdum ki, “İrşad”a pul verənlər cəmi var-yoxların verələr, “İrşad”a və özlərinə bir qəpik de saxlamayalar (ki mütrüb zad oynadanda şabaş verələr). Qorxurdum ki, qəzetlərdə o qədər “Irşad”ı tərifləyələr ki, əcnəbi millətlər müsəlmanların qezet-bazlığına mat və heyran qalalar.

Vaqiən, mən çox qorxurdum.

İndi pəs necə oldu!

Dəli

“Molla Nəsrəddin”, 12 avqust 1907, N30