Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.
Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”
Budur, tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”
Allah xatirinə, ay şiələr, bir məni başa salın görüm bu rusa nə cavab verim ve nə deyim?..
Hələ men bilmirəm ki, xalqın biznen nə işi var. Dünən bir erməni mendən soruşur ki, Naxçıvanda filan hacı niyə 22 lirə pulu göndərir müftexor müctəhidə.
Deyirəm ondan ötrü ki, Hacı Allah bəndəsidir, mömindir, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir. Mənə deyir ki, asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib, keçən il rusa pambıq satanda pambığın içinə altı danə köhnə İrişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan Hacının fəndini duyub bir çox adam İçində hacının üzünə tüpürdü.
İndi men bilmirəm erməniyə nə deyim və nə cavab verim?
Dəli
“Molla Nəsrəddin”, 1910, N1