“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf
Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək

Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?

“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat
üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.

Bu hələ indi belədir, amma bir az da belə getsə, bir az da irşadlarımız poçtadan gələn məktubların dilinə əhəmiyyət verməyib tələsik mətbəəyə göndərsələr, o vədə çox çəkməz ki, Gəncədə baqqallarımız və bəzzazlanmız qəzet oxumaq istəyəndə, əlbəttə və əlbəttə, rus qəzetini axtaracaqlar, o səbəbə ki, müsəlman qəzetlərimiz oxunmaq üçün yazılmırlar, şöhrət üçün yazılırlar.

Çox təəccüb.

Hər kəsdən soruşuram ki, niyə müsəlman qardaşlar əlinə qələm alanda çıxırlar göyün üzünə — heç biri cavab verə bilmir. Ancaq bu gün dostum “Yetim cücə” menim bu sualıma belə cavab verdi:

– Müsəlman dər əsləş insan bud, ma xastim ki, müttəfiq, müttehid, sahibi-əql, elm və ədəbi eliyək. Əlif ki, əlaməti insaniyyət idi, əvvəlindən və ortasından atdıq, “nsən” oldu, yəni özgələr sual elədilər: nə sən? O səbəbə ä ki, elaməti-əql və şüur idi və iki nunlar ki, əlaməti-ittihad və tərəqqi idilər, yenə atdıq, yerində bir şey qalmadığından labüd, laəlac m ki, müxəbbətlik, s səfalət, / lallıq, m məzlumluq, a axmaqlıq və n ki, naümidlik əlamətləri idi, be yekcə cem kerdim, müsəlman şod, yəni müxobbət, səfih, lal, məzlum və axmaq dərhali-hazır və der zeman ayende…

Allah Gəncə mədrəseyİ-nıhaniyyesinə bərəkət versin.

Lağlağı

“Molla Nəsrəddin”, 8 oktybar 1911, N35