Ay molla dayı, keçən həftə qoca atam Allah rəhmətinə getdi. Allah sizinkinə də rəhmət eləsin. Vallah, ürəyimdə ha yalvardım, bu qış günündə, bu pulsuz vaxtımda ölməsin; ha deyirdim, alacaqlanmı yığım, heç olmasa, bir neçə
yüz manat ələ götürüm. Atamın cənazəsinə xərc edim. Amma zalım Əzrail kasıb-kusub halından qanan deyil. Mənim yalvarmağım boşa getdi, yenə öz bildiyini elədi. Bir yandan atanım ölümünü, bir yandan da pulsuzluğumu dərd edirdim ki, bu vaxtda nə idi başıma gəldi: bizim mərhəmətli qonşu arvadlar atamın ölüm xəbərini eşidən saat qanşqa təki evimizə doldular, bir ağlaşma, bir fəğan qopardılar ki, Allah göstərməsin. Beş-on dəqiqə keçmədi ağbaşlılar dəstəsi də hücum çəkdi. Bir saat sonra bizim evimiz dəxi bizimkilikdən çıxdı. Atamın ölüm dərdini yadımdan çıxartdım. Çünki orası deyildi: Allahın bu çağırılmamış qonaqlarına çay, suxarı, çörək, plov… Molla dayı, bir burada olub öz qulağınla eşidəydin ki, arvadların ağlaşmalanyla mollaların Quran oxumaları bir-birinə qarışanda ne qəribə aləm olarmış!!! Bir istədim arvadlara deyim: “Nahaq zəhmət çəkib özünüzü incidirsiniz, atam doxsan yaşında fağırın biri idi. Öz əcəldə Allahın rəhmətinə getdi, sizə nə olub saçlarınızı yolursunuz?”
Ele ağzımı açdım deyim, hər yandan: “Sus, təzə müsəlman! Sus, mürtəd!”
Çarəsiz çəkildim kənara.
Molla dayı, görəydin qoca fağır atamı, nə mədh, ne tərif edirdilər, deyəsən zəmanənin tek mücahidi, məmləkətin dirəyi, camaatın biləgi idi. Senin bəyənmədiyin arvadlar nə muğamlar, ne havalar oxuyurdular! Bunların medhiyyelərini eşitdikcə az qala özüm də atama şəkk gətirirdim. Halbuki doğrusunu demək lazım gəlsə, rəhmətlik atam Allahın ən yazıq, dilsiz, bisavad bir bəndəsi İdİ, öz şəhərindən savayı dünya bilməzdi, bozbaşdan özgə bir zad tanımazdı, saqqalına xına qoymaqdan qeyri əlindən bir şey gəlməzdi.
Ay molla, arvadların ağlaşma dərgahı, mollaların bu çay-xörək büsatı bir cür ötüşdü. Bir neçə yüz manatla rədd və dəf olundu. Bunlar da cəhənnəm, amma mənim sözüm bunlarda deyil, dərdim özgə dərddi. Bilmirəm, mənim evimi yaxın “dövr” büsatı sizin tərəflərdə de varmı?
Qoy “dövr”ü sənə anladım… Bizim tərəfdə biri öləndə çoxlu molla ve mollaya bənzəyənlər ölü evinə yığılıb həlqə otururlar, nə cür ki, cavanlar həlqə durub dirədöymə oynarlar. Ölü sahibi öz gücünə görə min manat, iki min manat, beş min manatlıq qızıl, gümüş umarəti {məsələn, boğazlıq, bilərzik, sırğa, kəmər, gerdənbağı… kimi zadları) bir yaylığın içinə qoyub gətirir, her kəsə cərgə ile verir, yenə geri alır. Verən kimi belə deyir: Bu pulu sənə Allah rizası üçün verdim, qəbul etd inini? Alan şəxs də deyir: Allah rizası üçün qəbul etdim. Yenə sənə hibə etdim. Əgər həlqədə oturanların sam əlli olsa, və yaylıqdakı umaretin qiyməti iki min manatlıq olsa, ölü sahibi ölünün xeyrinə, yəni sağlığında qılmadığı namazın, tutmadığı orucun, vermədiyi zəkatın əvəzinə yüz min manat kasıb-kusuba paylanmış
hesab olunar ve hamı günahı bağışlanar. Yəni günahı bu “dövr” pulu ilə əvəz edilir, anadan doğulmuş təki məsum ve günahsız olur.
Molla dayı, elə bircə özünü ağıllı bilirsən. Görürsən üsulu, görürsən alveri: ölü sahibi bu cür “dövr” şeri ilə heç bir fəqirə bir qəpik verməmiş ölünün xeyrinə minlərcə manat vermiş hesab olunur. Bu cür şəri-əməl ile həm cibdən bir qəpik çıxmaz, həm də şəriət əmri yerinə gəlib Allah da razı olar.
Bizim bu şəri “dövr”ümüz qədimdən bəri həmişə bir qayda ile əmələ gəlirdi: ölü sahibi bir-iki min manatlıq umarəti götürüb həlqədə oturanlara cərgə ilə verirdi, yenə geri alardı. Amma bədbəxtliyə bax ki, heç ağla gəlməyən iş mənim başıma gəldi. Rəhmətlik atamın “dövr”ündə qonşumuz Gülsüm xaladan min manatlıq gümüş-qızıl umaret əmanət alıb götürdüm. Necə ki, şəri qaydamızdır, “dövr”də oturanlara bir-bir verib geri alırdım. Növbə molla Süleyman molla
Osman oğluna gələndə dedim, Allah rizası üçün bu pulu sənə verdim, qəbul etdinmi? Molla Süleyman:
– Allah rizası üçün qəbul etdim, – deyib aldı, cibinə qoydu. Hey istəyirəm, vermir ve deyir:
– Allah rizası üçün verdin, mən də qəbul etdim. Keyfim istər verərəm, istəməz vermərəm. Zorla istəməyə nə haqqın?
On gündür ki, Gülsüm xala gəlib əmanət istəyir ve məhkəməyə şikayət edəcəyəm – deyir. Bilmirəm nə edim. Cənab qazının yanına getdim, molla Süleymandan şikayət etdim ki, umarəti geri versin. Hələ qazıya bax, ne cavab verir: şerən onun malıdır.
A kişi belə zad olar ki, molla Süleyman min manatlıq müftemüslüm yesin? Kim götmüşdü indiyədək bu cür xilafi-adət iş olsun? Kimin yadına gələrdi ki, “dövr” pulunu alıb verməsin.
Vallah, molla dayı, bu bəlaların hamısı səndəndir. Camaatın indiki biclikləri hamısı sənin kələyindi. İndiyəcən 1325 il keçib heç bir yerdə belə zad görünməyib ki, bu kişi “dövr” pulunu alıb yesin, həm də desin ki, şərən mənim malımdı, halalımdı.
Haraya vanrsam, bir çarə tapmıram. Gülsüm xalanın əlindən haraya qaçacağımı bilmirəm. Amandı molla dayı, nə cür ki, bu biclikləri sən xalqın yadına saldın, ele də dərmanını tap, məni Gülsüm xaladan qurtar.
Mozalan
‘Molla Nəsrəddin”, 1908, N8