
Men indiyə kimi hele qana bilməmişəm ki, bu poçtxananı unıs neden ötrü icad eləyib. Deyirlər kl, hələ Avropada bundan da dəstgahlı poçtxanalar var. Genə dəmiryolu olmaya, araba yolu olmaya,
adamların tərəddüdü olmaya – o vədə tutaq ki, hələ bir yana pul göndərmək, ya kağız göndərmək üçüıı bəlkə poçtxana elə bil İri, sensur alması. Sənəm və sərv qədər laləzar gedən var, Tiflisdən Gəncəyə
gedən var, Şokıdən Şırvana gedən var – dəxi poçt neyə lazım: kağız göndərəcəksən, ya pul göndərəcəksən, ya şey göndərəcəksən, çıx bazara, soruş gör gedən kimdi – ver aparsın dinməz-söyləməz, xərcsiz və zəhmətsiz.
Yəni maşallah bizim müsəlmanlar hu mətləbi çoxdan başa düşüblər və necə ki, mənim seliqemdi, onlar da elə rəftar eləyirlər.
Bizim başımıza bu cür işlər çox gəlir. Gün olmaz ki, idarəmizə bir belə kağız yazmasınlar: “Cənab Molla Nəsrəddin, men Kerbelayi əli Hacı Allahqulu oğlu Məşədi Cəfərə 5 manat verdim ki, gətirib yetirsin sizin xidmətinizə, sizdən təvəqqe edirəm ki, pulu alan kimi mənim adıma İrəvana mübarək olan məcmuənizi əvvəəlimci nömrədən başlayıb göndərəsiniz.
Çox ecəb. İki gün keçər, xəbərimiz olur ki, “Qeyrət” mətbəəsinə bir nəfər adam gəlib və deyib: “Men Molla Nəsrəddini görəcəyəm”.
Bəli, cavab veriblər ki, Molla Nəsrəddin filan məhəllədə ve filan küçədə olur. İki gün keçir, mətbəədən bizə sifariş eləyirlər kı, haman irəvanlı genə fayton ilə gəlib Molla Nəsrəddini soruşurmuş. Genə cavab veriblər ki, Molla Nəsrəddin filan yerdə olur. İki gün də keçir. Bir do görürsən kı, Davidovski küçəyə faytonla bir müsəlman gəlir, küçənin ortasında faytonu saxlayıb Molla Nəsrəddini xəbər alır. Axırda nə zəhmətlərdən sonra haman şəxs gəlir çıxır Mollanın idarəsinə.
- Salaməleyküm.
- Əleykəssəlam, haralısan?
- İrəvanlı.
- Adın nədir?
- Məşədi Cəfər.
- Nə qulluq?
- Bir elə qulluq yoxdur. Ancaq ay Molla, Allah sənə insaf versin, mən sizdən ötrü bir həftədir Tiflisdə məəttələm. Neçə dəfe fayton ile mətbəəyə getmişəm, sizi tapmamışam – deyiblər ki, Molla hamama gedib.
- Beli, bağışlayınız, indi nə qulluq?
- Xeyir, bir elə qabil ərz yoxdur, ancaq nökərə buyurun mənə bir stəkan su gətirsin – ürəyim yanıb, bu gün səhərdən sizi gəzirəm. Çünki Kərbelayı Əli Hacı Allahqulu oğlu sizə 5 manat məcmuə pulu göndərib. Pah, pah, lap yorulmuşam.”
Bir gün Salyandan bir belə kağız alırıq: “Cənab Molla Nəsrəddin, men bu gün burada bəradəran Hüseynovlara otuz altı manat verdim ki, eləsin məcmuə pulu və kalendar pulu, siz orada cənab Hüseynovlann şəriki cənab Hacı Ələsgər Nəcəf oğlundan alasınız”.
Bu kağızı alıb biz gərək adam göndərək Şeytanbazanna ki, görsün cənab Ələsgər Hacı Nəcəf oğlu salyanlı kimdir. İki saat gəzib dolanandan sonra göndərdiyim adam gəlib deyir ki, “Tapa bilmədim”. Sabahısı günü genə haman adamı göndəririk ki, gedib yaxşı axtarsın. İki saatdan sonra gətib deyir ki, Hacı Ələsgər Hacı Nəcəf oğlu özü dükanda deyil idi, getmişdi hamama. Şagirdi də dedi ki, “Mən bilmənəm”. Bir gün keçir yenə adam göndəririk. Hacı Ələsgər Hacı Nəcəf oğlu deyir ki, “menə bu barədə bəradəran Hüseynovlardan bir sifariş gəlməyib, gələndən sonra — baş üstə, verərəm”.Bir həftə gözləyib genə adam göndəririk. Hacı Ələsgər cavab verir ki, “sən get, mən pulu özüm gətirrəm Mollanın xidmətinə”.
Bir neçə gündən sonra haman Hacı bir fayton tutur yarım manata, oğlunu və şagirdini mindirir haman faytona və cavanlar Davidovski məhəlləyə düşüb qaradovoylardan rnüselmanca Molla Nəsrəddin idarəsini soruşurlar. Bu dəfə tapmayıb geri qayıdırlar. Amma ikinci dəfə gəlib tapırlar və böyük bir mərəkə və qışqırıq ilə girirlər içəri, kehildəyə-kəhildəyə otuz altı manatı çirkli dəsmalın içindən çıxarıb qoyurlar stolun üstünə və bir stəkan soyuq su içəndən sonra və Yezidə lənət oxuyandan sonra deyirlər ki, bu pulu iki həftə bundan qabaq sizin Nuxa vəkiliniz verib bəradəran Hüseynovlara ki, sizə
yetişsin.
İnsafən, müsəlmanları qınamaq olmaz, çünki poçt ilə pul göndərmək çox çətindir: gərək üç şahı verib bir “perevod” kağız alasan, üstündə rusca yazasan ki, bu pul gedəcək Tiflisə Molla Nəsrəddin idarəsinə, filankəsin tərəfindən. İnsafən çox çətin işdir, ələlxüsus ticarət aləmində bu cür işlər heç əl verməz: ticarət hara, poçtxana hara? Allah rəhmət eləsin o kəslərə ki, müsəlmanlara rusca oxumağı haram buyurublar: Qafqazda bir tacir yoxdur ki, özbaşına poçtxana ile bir kəsə 5 manat göndərə bilsin?
Mən istəyirdim ki, bu gün politika aləmindən oxucularımız ilə bir az söhbet edəm. Məsələn, qəzetlər yazırlar ki, Avstriya ilə Serbiya hökuməti bu gün-sabah dava edəcəklər. Men istəyirdim haman nömrədə cəfəngiyat əvəzinə bir siyasi məqalə yazam. Məsələn, heç olmasa, yazam ki, Avstriya və Serbiya nə üçün dava edirlər, yazam ki, Avstriya nə deməkdir, Serbiya nədir, bunların ədavəti ne vaxt, haradan başlanıb, istəyirdim yazam ki, Serbiya bir balaca hökumətdir, dörd yüz ildən artıq Osmanlı vilayəti hesab olunurdu ve ildə bir dəfə Osmanlı sultanları paşaları və yanıçarlan göndərib serblərin bir az başlarım tapdalayandan sonra gözəl qızlardan zaddan yığıb aparıb bir qədərini sultanların hərəmxanəsinə qatıb, bir qədərini özləri saxlayıb məşğuliyyət elərdilər. Axırda qəza belə gətirdi ki, 27 il bundan qabaq Serbiya hökuməti çıxdı azadlığa vö meşrutəli bir kraliça oldu. Hərçəndi məxluqu iki milyondan bir az artıqdır, amma di gel ki, başladılar məktəblər açmağa, darülfünunlaı açmağa, axırda da işi o yerə yetirdilər ki, indi istəyirlər Avstriya kimi bir əjdaha ile kəllə-kəlləyə
vuruşsunlar. Hə, nə üstə? Bosniya üstə. Bosniya nədir?
Xülasə, istəyirdim buna oxşar bir söhbet başlayam, amma öz-özümə dedim ki, ay Molla Nəsrəddin, sen dəlisən, nəsən? Bir camaat ki, bir şəhərdən o biri şəhərə 5 manat göndərməyi bacarmır – məgər bu cür camaat üçün rəvadumı yazmaq ki, nə bilim Avstriya belə gəldi, Serbiya belə getdi. Sən onu de ki, İrəvandan Tiflisə və Şirvandan Qarabağa nə cür və nə qayide ilə 5 manat göndərmək.
Hələ qabaqca bunu bilmək lazımdır.
Genə deyəsən uzun oldu.
Lağlağı
“Molla Nəsrəddin’, 22 fevral 1909, N 8


