
Yox, vallah, belə olmaz! Axır yuxanda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin. Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla
Nəsrəddin, sən allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşr-maarifimiz” var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.
Mən də dinmədim, dedim qoy hələ görək axın nə olacaq.
Sonra eşitdim ki, işlərimiz bir az xarab kimidir, çünki “Drama cəmiyyəti” öz məxsusi işlərini boşlayıb başladı qiraətxana açmağa. Men o vədə istədim qələmi götürəm əlimə. Siz genə menə yazdınız ki, “sən allah, ay Molla, hələ bir az səbir elə, işlər yavaş-yavaş düzələr”.
Men də dinmədim, dedim “qoy hələ görək axın ne olacaq. Sonra eşitdim ki, “Cemiyyəti-xeyriyye”nizin, “Nəşri-maarifinizin” və “Drama cemiyyeti”nizin sandıqlarında siçanlar oynayır. Bunu eşidəndə genə istədim dillənəm. Siz genə mənə kağız yazdınız ki, “ay Molla, sən allah hələ səbir elə, Allah kerimdi, işlər yavaş-yavaş düzələr. Doğrudur cəmiyyətimizin üçünün də bir çürük qəpiyi yoxdur, amma ay Molla, vallah, camaatımız kasıbdı, yoxsa sen bizim
Gəncə müsəlmanlarım o qədər do həmiyyetsiz və biar hesab eləmə, vallah, pulları yoxdur, yoxa da çarə yoxdu”.
Mən dinmədim, çünki doğrudan da yoxa heç bir çarə yoxduf. Və dedim ki, qoy hələ görək axırı ne olacaq.
Hərçənd o vədə menə bir para şeydan adamlar əl altından yazıb xəbər verdilər ki, “a Molla, olmaya-olmaya bizim gəncəliləri kasıb və pulsuz hesab eləyirsən, çünki bizim şəhərdə Hacı Məhəmməd Hüseynəli oğlu kimi, Hacı Bağır, Hacı Ələkbər kimi dövlətli hacılar var”, amma mən genə dinmədim və gözlədim ki, görək axın nə olacaq.
Amma sonra nə gördüm!!!
Mən görəni heç bir kafir də görməsin, yazıqdı!
Indİ mən görürəm ki, Gəncə müsəlmanları hər gecə gedirlər “sirk” tamaşasına və orada hər gecə yeddi-səkkiz yüz manat pul xərcləyirlər!
Pəs bu ne İşdi? Pəs niyə cəmiyyət sədrləri deyirlər: “Camaatımız kasıbdır, kimdən pul istəyək?” Yox, vallah, bunlar hamısı zarafata oxşayır. Əgər ki, siz düz adamsınız, niyə keçən İl bu qeder şövq ile “sirkə” getmirdiniz? Yoxsa elə bilirsiniz ki, bunun səbəbini Molla bilmir? İstəyirsiniz açım deyim!!! Ay görüm o “sirk”də oynayan san-saçlı urus qızlan nagəhan bəlaya düçar olsunlar! Onlan görüm yaman yara çıxartsınlar!
Anaları onları doğan yerdə görüm bir daş doğaydı! Ay görüm onlan o qazandıqları yüzlüklər onlara haram olsun, onların başına daş düşsün, görüm gecə səhərə kimi yuxu yuxulamayıb ərlərini gözətləyən müsəlman arvadlarının ahü naləsi sizi tutsun, ay gavur qızlan!
Bunlar hamısı keçəndən genə gərək dünyada bir haqq-hesab ola və hər bir şeyin gərək bir qaydası ola.
Yoxsa vallah, bizim yazdıqlanmız da zarafata oxşayır, gəncəlilərin işləri de zarafata oxşayır.
Mən elə bilirəm ki, bizim zarafatımız ötüşüb keçər. Amma gəncəlilərin zarafatı ötüşüb keçməz. Vallah, işlər gərək belə qalmaya!
Lağlağı
”Molla Nəsrəddin”, 16 dekabr 1907, N°47


