Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan soııra səbir eləmək mümkün deyil. Heç mümkün deyil səbir eləmək. Bakının üfunəti dünya və alemə dağılıb qoymur nəfəs almağa. Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəbə ki, hamı gözünü dikib Bakıya və Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzürr həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanın fikrini çaşdırır.
Cavanlarımız özlərini Bakı qoçulanna oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərim Bakı müəllimlərinə oxşadırlar.

Bakı özü de yavaş-yavaş inşallah üz qoyub puça çıxmağa. Amma Bakı cəhənnəm, qeyri şəhərləri də öz gününə salacaq. Bu işə bir çarə, aman günüdür bir çarə.

Bakının əlacı bir neçə şeyə bağlıdır.

Əvvəla, lazımdır ki, Bakı bir az kasıblasın. Pulun çoxluğundan camaat bir az beistilahi-türk, məsələn necə ki, müsəlman arasında deyərlər, filankəs qudurub. Doğrudan Bakıda pulu çaxlamağa yer tapmırlar, odur ki, bir milyonçu bir cavana yüz min manat verib deyir ki, get filankəsi öldür. Yüz min nədir, yüz manat mənə versinlər, hər kəsi deyirlər o qədər döyüm ki, Molla Yusif də şagirdləri elə döyə bilməsin. Bakını şişirdən məlumdur ki, neft mədənləridir. Lazımdır cemi neft mədənlərini köçürtmək yarısım İrəvana və yarısını Gəncəyə və mədənlərin mədaxilini vermək məktəblərin rəisinə ki, ac kənd müəllimlərini məvacibsiz qoymasınlar (yoxsa vallah, acından ölərlər).

İkinci əlacı budur ki, lazımdır Bakının cəmi qoçulannı göndərmək ki, gedib düzülsünlər Cavad mahalına və qoymasınlar ki, İran quldurları Arazı keçib fəqir müsəlmanların kəndlərini dağıtsınlar.

Üçüncü əlacı budur ki, Bakının mollalarının bir parasını lazımdır köçürtmək İrəvan quberniyasında Yelenovka adlı malakan kəndinə, çünki oranın havası çox serindir və özü də gözəl yaylaqdır. Hacıların da bir parasını lazımdır göndərmək Rəştə ki, gedib Hacı Hümam cənablarım ziyarət etsinlər.

Dördüncü əlacı budur ki, lazımdır Bakıdan cəmi itbazlan Naxçıvan mahalına – Nehrəm kəndinə, uşaqbazlan göndərmək Varşava şəhərinə, arvadbazlan göndərmək Xorasana, qumarbazlan Nuxaya, çaxırbazlan Salahlı kəndinə və mütrübbazlan Peterburq şəhərinə.

Beşinci əlacı budur ki, lazımdır Bakının cəmi şeher məktəblərini bağlamaq ve müsəlman müəllimlərini göndərmək Firəngistana-Monte Karlo şəhərinə. Bunun səbəbi öz yanımızdadır və burada açmaq istəmirik.

Altıncı əlacı budur ki, lazımdır İran hambalları bir yekə arx qazsınlar ki, Mühit dəryası gəlib qanşsın Bakı dəryasına və su o qədər qalxsın, bakılılar atılıb minsinlər gəmilərə və 365 gün suyun üzündə qalsınlar.

Əgər bu saydığımız əlacların hamısı mümkün olsa, demək olar ki, Bakı düzələr.

Yoxsa bundan savayı biz bir çarə bilmirik.

Dəli

“Molla Nəsrəddin”, 20 avqust 1907, N31