Qeyd etmək vacibdir ki, 2006-ci ildə latın qrafikası ilə yenidən çap olunan “Seçilmiş əsərlər” toplusuna 1992-ci ildə nəşr olunan bütün əsərlər daxil edilməyib. Bu yeni topluya “Molla Nəsrəddin nədir?”, “Qeyrət” nəşriyyatının qurulmasıyla bağlı Ömər Faiqin xatiriləri və bir çox başqa maraqlı yazılar daxil olunmayıb. Yaxın zamanda bu toplu tam şəkildə, ixtisar olunan əsərlər daxil olmaqla yenidən çap olunacaq.