Sen deyirsən “mənim qulağım var, hər şeyi eşidirəm”. Hə, sen hər şeyi eşidirsən? Eylədə de görüm, eşidibsənmi menim nəvəm Gullünün əhvalatını? Heç eşitməyibsən? Eylədə necə də deyirsən ki, “mənim qulağım var”.

Bir gün oturmuşdum. Nəvəm Güllü ağlaya-ağlaya gəldi yanıma ki, “ay nənə, atam məni istəyir versin bir lotu, piyan adama. Amma men getmək istəmirəm”. Haman saat çarşabı başıma alıb qaçdım yeznəmgile ve başladım nəsihətə ki, “ay Allahın bəlasına gəlmiş, yazıq gül kimi qızı necə heyfin gəlmir ki, istəmədiyi bir adama zornan verirsən…”

Xülasə, başa gəlmədi. Yeznəm sözümü qəbul eləmədi. Bəs sən deyirsən ki, “mənim qulağım var, hər şeyi eşidirəm”. Bəs sen hər şeyi eşidirsən, eylədə de görüm, niyə bu əhvalatı eşitməyibsən?”

Əlacım kəsilib nəvəm Güllüyə dedim: “Balam, bunun özgə çarəsi yoxdur. Dur seni xəlvətcə aparım ölümüzün ve dirimizin sahibi şəriətmədar Hacı Seyidağagilə. Çünki o bir mömin dindar və etibarlı vücuddur və bundan başqa ümidgahımız yoxdur”. Nəvəm Güllü razı oldu.

Bəs, əgər sənin hər bir şeyi eşitməyə qulağın var, ne səbəb bu vaqiəni eşitməyibsən? Nəvəm Güllünü aparıb qoydum Hacı Seyıd-ağagildə və ağanın ayaqlarına düşüb yalvardım ki, bır neçə gün mənim nəvəmi saxlasın. Amma bunu deyim ki, Güllü nə Güllü, Allah sizə de belə nəvə qismət eləsin: ətli, canlı, sərvqamətli, saçlı, buxunlu, özü do ki, yeniyetişmə. Yanaqları da elə bil ki, sensuz alması. Sənəm və sərv qədər laləzar və… xülasə.

Sən deyirsən ki, mənim gözüm var, her şeyi görürəm. Bəs, bu surətdə ki, senin gözün var, niyə bu işləri görmürsən. Bəs, sən ki, bunları görmürsən, bir de görüm, neyi görürsən?

Bizə məlum olur ki, sən bircə əba və qabanı görürsən. Müxtəsər, men evə qayıdandan sonra Hacı ağa bir qeder nəvəmə tamaşa edib qıza deyir: “Qızım, əwəla sən xetircem ol ki, mən heç kəsəsənin nikahını oxumanam, əgər razılığın olmasa. İkinci də budur ki, sənin burada qalmağın şəriət üzrə dürüst deyil. Ya gərək burdan çıxıb
gedəsən, ya da ki, mən gərək senə bir siğə oxuyum ki, mənə məhrəm olasan, bunu da görürsən ki, mənim övrətim gedib Kərbəlaya ziyarətə, övrətim gələnə kimi sen də mənə qulluq eləyərsən. Həm Allah səndən razı olar, həm də peyğəmbər, vəssalam”.

Dəxi de sen menə demə ki, qulaqlarım vht eşitməkdən ötrü, gözlərim var görməkdən ötrü.

Görsənən budur ki, sən bircə əba və qabanı görürsən və “E” nin boğazdan gələn məxrəcini eşidirsən. Görsənən budur ki, dəxi bundan başqa sen ne bir şey görürsən, ne de bir şey eşidirsən.

Haman gün nəvəm Güllü başmaqlanm da Seyidağaya qurban edib ayaqyalın qaçıb gəldi yenə mənim yanıma.

Bəs, deyirsən “mənim gözüm var”.

Bəs, deyirsən “mənim qulağım var”.

Bəs, himi?

Nəql eləyib Məşədi Xəkəndaz, yazıya götürüb Lağlağı.

Lağlağı

“Molla Nəsrəddin”, 1908, N 17