Məqalələr

Xalqını sevən “xalq düşməni”- Qərənfil Dünyaminqızı

By February 17, 2020 No Comments

Website Admin Qeyd: Qərənfil xanım təqdim edə bilmədiyi Ömər Faiq Nemanzadənin ailəsi haqqında məlumatı, nəvəsi Fuad Pepinovun arxivində saxlanılmış şəkil və məqalələrdən əldə etdik.

Oğlu Kamil (1911-1986), Qızları Kamilə (1913-1992), Adilə (1915-1992), Bəxtlı (1917-2008), həyat yoldaşı Abidə xanım.

Tibb İnstitutunun məzunu olan Kamil Nemanzadə pan-türkçü elan edildiktən sonra 9 ay ərzində Tiflis həbsxanasında işgəncə görərək sorğuya çəkilmişdi.  Daha sonra Kedrovıy Şor, Komi,  Sibir Muxtar Sovet Sosialist Respublikasına sürgün edilərək 20 il Sibir düşürgələrdə keçirib. Bu illər ərzində  Kamil Nemanzadə düşərgələrdə əzab əziyyət çəkən mahkumları xilas edən bir həkim kimi tanınmışdı. 1956-ci ildə bəraət qazanaraq Bakıya ailəsinin yanına dönür və ömrünün sonuna qədər fədakarlığı və təcrübəsi ilə  böyük hörmət qazanan bir həkim olaraq fəaliyyət göstərir.

Qızları – Kamilə, Adilə və Bəxtli, “xalq düşməni”  övladları olaraq Bakıda yaşayıblar. Qızlarının üçü də tibb fakültəsini bitiriblər. 70-ci illərdə Sovet tarixi ilə bağlı yeni araşdırmalarla məşğul olan bir sıra tarixçi və jurnalistlər  Ömər Faiqin qızları ilə əlaqə yaradaraq yeni tədqiqatlara başlayırlar.

Bakıdakı ünvanı: ADR Parlamenti Administrasiyasının (Polis) baş müfəttişi vəzifəsini icra edərkən Ömər Faiq ailəsi ilə İstiqlaliyyət küçəsi 7 (keçmiş Nikolaevskaya küçəsi 7) ünvanında,  daha sonra həyat yoldaşı Abidə xanım və qızı Bəxtli xanımın ölənə qədər yaşadığı, keçmiş Fizuli küçəsi, 19 ünvanındakı evdə (ikinci mərtəbə) yaşamışdır. 

Ömər Faiqin dəfn olduğu yer məlum deyil. O, 1937-ci ildə Tiflis NKVD həbsxanasında güllələnib.


Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istərdim ki, məqaləni ha-zırlayarkən Ömər Faiq Nemanzadənin Bakıda qaldığı ünvanı çox axtardım. Tapmadım. Amma hər halda, Ömər Faiq əfəndi Bakıda yaşayıb-yaradarkən (kirayə olsa da) evdə qalıb, kücədə yox. Təəssüf ki, heç bir məlumat əldə edə bilmədim. Hətta ailəsi haqqında da. Görünür, ədibi Gürcüstanda həbs edib güllələyərkən burada bizim onunla bağlı hər şeyi məhv ediblər. Yadıma уеnə də dahi Mirzə Cəlilin sözləri düşdü: “Axı biz niyə bebyik?” Niyə özü-müz özümüzə qənim kəsilirik? Niyə “böyük qardaş”ımıza xoş gəlmək üçün özümüzə sahib çıxmırdıq?

…1919-cu ildə “Bəsirət” qəzetində “Faiq əfəndi gəliyor” sərlövhəli məqalə çap edilib. Məqalə müəllifi yazır: “Ömər Faiq Nemanzadə Azərbaycan xalqının milli dirçəlişi, azadlığı və xoşbəxtliyi uğrunda cəsarətlə mübarizə aparan publisist, jurnalist, siyasi xadim kimi xalqının sədaqətli cəbhədaşıdır”. Məqaləni oxuduqca hiss olunur ki, Ömər Faiq əfəndinin dövrün ziyalıları arasında böyük hörmət və nüfuz qazanmasına, adının ehtiramla çəkilməsinə səbəb onun “bütöv xarakterə malik bir insan” olması idi. Ö.F.Nemanzadə nə qədər çətinə düşsə də, əzab-əziyyət çəksə də, sözünün sahibi olub.

O, “vətən sevgisindən doğmuş bir mücahid, bir qəhrəman” kimi qüdrətli, qorxmaz, istedadlı bir qəbm sahibi, ictimai xadim, təbbkar müəllim və ən əsası, “yatmışları oyadıb, xalqı xalqın özünə tanıtmaq”, onu azadlığı, xoş-bəxtliyi uğrunda mübarizəyə qaldırmaq üçün mübarizə aparan bir vətənpərvər, millətsevər idi.

Ö.F.Nemanzadə haqqında oxuduqlarım, eşitdiklərim məndə beb bir təsəvvür yaratdı ki, Ömər Faiq əfəndi о zaman Tiflis ədəbi mühitinə yenicə gəbn Mirzə Cəlil dəstək durmasaydı, yəqin ki, nə Azərbaycan satirik mət-buatının şah əsəri sayılan “Molla Nəsrəddin” jurnalı olardı, nə də bir məktəb kimi formalaşan mollanəsrəddinçi. Odur ki heç də təsadüfi deyil ki, Ömər Faiq əfəndinin adı çəkibndə “birinci növbədə “Molla Nəsrəddin” xəyalımıza gəlir” deyənlər də çox haqlıdırlar.

Mirzə Cəlil bütün həyatı boyu dostunun bu xeyirxahlığını ehtiramla xa-tırlayıb: “Yoldaşım Ömər Faiq Nemanzadəni mən birinci dəfə “Şərqi-Rus” qəzeti idarəsində gördüm və onunla üns tutdum”. Bu “üns” nəticəsində Mirzə Cəlil həm şəxsi həyatında (Həmidə xanımın xatirələrindən bəlli olur ki, Mir-zə Cəlilin ailə həyatı qurmasında Sofiya xanımla yanaşı, Ömər Faiq əfəndinin də çox böyük rolu olub), həm də yaradıcdıq aləmində son dərəcə ciddi olan bir addım atır. Xalqının ictimai şüurunda dönüş yarada biləcək “Molla Nəs-rəddin” kimi bir mətbuat orqanının nəşrinə nail olur. Mollanəsrəddinçilərin “sadəcə ağsaqqal yoldaşı” olan Mirzə Cəlil Ömər Faiq əfəndinin “mətbuat sahəsindəki bacarığına və qabiliyyətinə” bələd olduğu üçün bu çətin işə qol qoymaqdan cəkinmir, əksinə, daha həvəs və inadla işə başlayır.

Mirzə Cəlil dünyasını dəyişərkən də Ömər Faiq əfəndi onun başı üs-tündə olub. Bu haqda Həmidə xanımın xatirələrində oxuyuruq: “Son günlər Mirzənin durumunda problemlər var idi. Az qala hər gün Faiq əfəndi ona baş cəkirdi. 1932-ci il yanvarm 4-ü Mirzə Cəlil bir neçə dəqiqənin içində tamam əldən düşdü. Az sonra həkim gəldi. Xəstəni öz çarpayısına uzatdılar… iynə vurdular. Nəhayət, Ənvərlə Teymur da gəlib çıxdılar. Mirzə Cəlilin jurnaldan köhnə həmkarı Faiq əfəndi də gəldi…”

Baş molla olmadı

Təhsil almasmı Ömər Faiq əfəndi belə xatırlayırdı: “Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı soyuqluq görünür, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qori kəndinə getdi. Anam daha fürsəti qaçırmaq istəmədi. Məni tez hazırla-yıb qardaşı Osman əfəndi ilə İstanbula yola saldı”.

Amma Həmidə ananın bu höcətkarlığı əbəs imiş. Onsuz da oğlu Ömər dini təhsil almağa can atmır, əksinə, bu məktəbdən canını qurtarmaq üçün yollar arayırdı. Bu dəfə Ömər Faiq anasının istəyinə qarşı çıxaraq İstanbulda dünyəvi elmləri tədris edən “Darüş-şəfəq” adlı məktəbə dəyişilir. Hökumət tərəfindən maliyyələşdirilən və ona sadiq qulluqçular hazırlayan məktəbdə fizika, kimya, tarix, zoologiya, coğrafiya, riyaziyyat fənləri də tədris olunurdu. Məktəbi bitirənləri hökumət işlə təmin edirdi. Ömər Faiq də məktəbi qurtarandan sonra onu Qalata poçtxanasında işə götürürlər.

Həmin illər haqqında Ömər Faiq əfəndi sonralar yazırdı: “Mən Qalata poçt və teleqrafisinin “mörüd” şöbəsində bir ilə qədər işlədim. Burada yazışma fransızca idi. Şöbəyə gələn qəzet və jurnalları açıb oxuyurdum. Avropadakı demokratik ruh və bu şöbə ilə əlaqə mənim dünyagörüşümu, demokratik rahumu tam dəyişdi”.

Amma bu “dəyişiklik” ona çox baha başa gəlir. Hətta doğmaları belə “kafir Ömər” deyərək ondan uzaq gəzir, Azqurda yeni məktəb açmaq arzusu-nu elə arzu olaraq ürəyində qoyurlar.Azqurda arzularını çin edə bilməyən Ömər Faiq əfəndi 1894-cü ildə üz tutur Şəkiyə və bir neçə il yeni üsullu məktəbdə dərs deyir. Burada gördük ki onu çox mütəəssir edir, xüsusən də qadınlara qarşı münasibəti ürək ağrısı ilə belə xatırlayırdı: “Нər yerdə olduğu kimi, burada da qadın hüquqsuz idi. Kişibrin tam mənasında əsiri və qulu idibr”.

Odur ki “Molla Nəsrəddin”də qadın azadlığı mövzusunda Mirzə Cəlildən  sonra daha çox mübarizə aparan Ömər Faiq əfəndi olub. Ona görə də “Molla Nəsrəddin”də 40-dan çox gizli imza ilə yazan Ömər Faiq əfəndinin müraciət etdiyi mövzular arasında qadın azadlığı mövzusu üstünlük təşkil edir. İlk “6 ildə onun geniş fəaliyyət meydanına çevrilmiş” jurnalda Ömər Faiq əfəndi qadın azadlığına dair müxtəlif imzalarla saysız-hesabsız felyetonlar, məqalələr yazıb. Hətta mollanəsrəddinşünasların fikrincə, Mirzə Сəlilin məşhur “Erməni və müsəlman qadınları” sərlövhəli məqaləsi də Ömər Faiq əfəndiyə məxsusdur.

“Sahibi-ixtiyar”

“Molla Nəsrəddin”in rəsmi redaktoru Mirzə Сəlil, əsas yazarı və məsul katibi Ömər Faiq əfəndi olsa da, Mirzə Сəlil jurnalın “külli-ixtiyarını” dostuna həvalə edir. O, 1911-ci ildə Məhəmmədəli Sidqiyə yazırdı: “Əzizim Məhəmmədəli. Faiq əfəndi jurnalın sahibi-ixtiyarıdır, hərtərəfli, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində”.

Jurnalın ilk sayından başlayaraq bu əqidə dostları dövrünün ən istedadlı, bacarıqlı qələm yoldaşlarını jurnalın başına cəm edərək uzaqlara, yaxınlara səs saldılar. Lakin bu səsin daha gur olmasını arzulayanlarla yanaşı, onun batmasını istəyənlər də var idi.

Sovetlərin “xalq düşməni”

65 illik ömrünü, sağlamlığını, xoşbəxtliyini, bilik və bacarığını yalnız xalqının maarifi, azadlığı, istiqlalı yolunda qurban verən Ömər Faiq əfəndi sovetbrin gözündə “xalq düşməni” oldu. Niyə? “Bəsdir, ayıl! Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yad-lar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, ban bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış” deyərək millətini azadlığı uğrunda mübarizəyə çağırdığı üçün. “Stalinə, Marks, Engels, Lenin babalarına mədhiyyə yazmadığı üçün! “Oktyabr övladı” ola bilmədiyi üçün!

Bir isti yay günündə Axalsixidə öz ata-baba yurdunda “rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və üç ay sonra Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki “üçlüyün” qərarı ilə güllələn-mişdir”.

Yazını tamamlamaq istərkən Ömər Faiq əfəndinin “Açıq söz” qəzetin-də yazdığı məqalədən bir neçə cümbni xatırladım: “…bizim kimi sədaqətli, bizim kimi böyük bir millətin müqəddəratı böyb olmamalıdır. Böyb olma-mızda günah yalnız bizimdimi? Vaxtdır ki, özümüzü tanıyalım!”

Qərənfil Dünyaminqızı

“Kaspi” – maarifçilik meydanı”.

Bakı, “Zərdabi LTD” MMC, 2016, 652 səh.

“Kaspi” – maarifçilik meydanı” kitabında 2013-2015-ci illər ərzində “Kaspi” qəzetində dərc olunmuş Həsən bəy Zərdabi, Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer almışdır. Kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

ISBN 978 9952 504 48 4