Molla Nasrəddin Yazıları

Təşəkkür

By March 22, 2023No Comments

İndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.

Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.

Ömər Faiq Nemanzadə

“Molla Nəsrəddin”, 25 yanvar 1911, N 4