Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi:

-Ay buz, sen nə zalunsanmış?

-Buz dedi:Mən zalım olsaydım, gün məni əritməzdi.

-Dedi:

-Ay gün, sən nə zalımsanmış?

-Dedi:

-Mən zalım olsaydım, üstümü bulud almazdı.

Qərəz, bulud da bir başqasına zalım deyib, axın hamıdan zalım pişik çıxır. Amma hər kəs nağılı axınnacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmasının pişiyə ne dəxli.

İndi müsəlman qəzetelərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab edir, biz de başlıyaq soruşmağa görək təqsirkar kimdir.

– Ay əmələlər, niyə tətil elədiniz, siz na zalımsınız?

-Biz heç zalım deyilik. Bizim zəhmətimiz çox, məvacibimiz az, xərcimiz çatmır: Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar.

-Ay qəzetçilər, siz nə zalımsınız, niyə emelelərin məvacibini
artırmırsınız?

-Bİz zalım deyilik, zalım millətimizdir. Əgər millətimizin yüzdə biri qəzet oxusa, Qafqazda yanm milyon müştərimiz olardı. Onda biz də emələye nə qədər məvacib istəsəydilər verə bilərdik.

-A millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz?

– Biz zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!!

– Bəs niyə uşaqlıqda məktəbə getmədiniz ki, savadsız olduz.

-Getmişik! Hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı ildə əlif-zəbər demişik. Bununla belə indi heç zad bilmirik.

-Bəs niyə Özgə millətlərin uşaqlarının hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür yazmaq-oxumaq bilir?

-Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş elə evdə də öz-özündən hərfləri tanıyırlar, zalım bizim əlifbamızdır!!!

Doğrudan belədir! Vallah, belədir! Billah, belədir! Qəzetlər yerimir camaatın savadsız olmağına görə, camaat savadsızdır əlifbamızın pisliyinə görə!!!

Məni dünyada bir şey çox yandırır: məsələn, üləmaya söz demək olmaz və demirik de, çünki verəseyi-ənbİyadırlar. Seyidə söz demək olmaz – zaçem? – Çünki əksəri övladi-peyğəmbərdilər. Falçıya, cindara söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var. Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, toqi-lənət olub keçib boğazımıza? Niyə cəsarət edib onun boynunun ardından vurub salmırıq eşiyə!!! A canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilcıyezimize yarayan bir əlifba düzəltsək yanı qiyamət qopar? Qafqazdan sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb ve ne işqol, amma tamam meydanların ve restoranların qapısında viviskalann və içərisində stolların nömrələrini oxuyurlar. Və bir yerə məktub göndərəndə də paketin üstündə özləri yazırlar. Rus qəzetlərinin hürufatından oxuyurlar. İntihası dilini başa düşmürlər. Nə olar yanı biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi olan əlifba düzəldək? Onda ərəblər gəlib bizi Qafqazdan qovalarlarmı? Yainki bir günahi-kəbir etmiş olanq? Görəsən tazə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əgər görürlər, bəs niyə dinmirlər? Her kəs mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tek Qafqazdan yarım milyon qəzet müştərisi verim. Hə, gəl hünərin var, gəl mərc eləyək, onda bilərsən ki, müsəlman qəzetlərinin bağlanmağına səbəb nə əmələdir, nə qəzetçidir, nə camaat, qarı nənənin buz üstündən yıxıldığına səbəb pişikdir, qəzetlərin də bağlanmağına səbəb əlifba!

Di gül, büz dodağuvu, nə qədər güləcəksən gül!!!

Çoban

“Molla Nəsrəddin”, 22 avqust 1910, Ns32

*Ömər Faiqin bu sərlövhə ilə bir neçə yazısı var. (prof. Şamil Qurbanovun qeydi)