Qəzet Publisistika

Ağacı Qurd İçindən Yeyər

By August 17, 2020 No Comments

Bir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?

“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.

Bəli, bəzi məsələlər, xüsusilə ölüm-dirim məsələmiz olan “maarif ve məktəb” məsələmiz xüsusi şüarlarla qurtarılır. Həll edilir ki, biz hələ ağzımızı açıb cavab, ümid gözləyirik. Məsələn, keçən həfte Tiflisdə “ibtidai məktəblərində nə sayaq dərs verilməlidir” məsələsinə baxılırdı. Bu şuranı Zaqafqaz maarifinin müdiri-ümumisi (pape-çitel) meydana gətirdi. Bu əhəmiyyətli məclisdə bizdən az olan qonşularımız gürcü və ermənilərdən doqquz müəllim ola-ola bizdən ancaq iki yarım müəllim var İdi. Biri Soltan Məcid Qənizadə, digəri Muxtarov, yansı da Hacı Kərim Sanıyev’ idi. Danışıq və məsləhət arasında Qənizadə müsəlman dərslərinin bir az artıq olmasını xahiş etdi. Buna cavabən qospadin Sanıyev: “Kak mojno – heç mümkünmü” və qeyri laflar ile etiraz etdi. Qori darülmüəlliminin başmürəbbi və müəllimi Smirnovun gözünə girdi, iltifatına nail oldu. Sonra söz hansı ildə hansı müsəlman dərsinin oxunması xüsusinə gəldi. Cənab Qənizadə həzrəti-peyğəmbərin və islamın ətrafa nə sayaq ilə yayıldığının tarixi ikinci ildən başlamaq lazım olduğunu söylədi. Smirnov ilə Hacı Kərim Sanıyev buraya şiddətli etiraz etdilər. Bu dərslərin axırıncı illərdə oxunmasını məsləhət bildilər. Çünki axırıncı ildə şagirdlərin çoxu məktəbdə qalmayır. Bundan savayı əgər müsəlman uşaqları tarixi-müqəddəsdən qısaca tarixlərin irəli öyrənsələr ürəklərində yer tutar. Sonra Özgə şeylərə yer ve vaxt qalmaz. Bərəkət versin ki, Muxtarov onların bu rəyinə yoldaş olmadı. Heç bir cəhadlə dinib danışmadı. Bu məclisdə ortaya qoyulan rəylər,
danışıqlar qurtardı. Guya təzə proqram tərtib edildi. Bu təzə “proqram” 1880-cı ildə keçmiş sərdar Voronsovun vaxtında tərtib edilən köhnə proqramın bir az öyrülüb-çöyrülməsindən başqa bir şey deyildi.
Ayda dörd manat vəzifə ilə o qədər ağır yükü boynuna götürən müəllimlərin, müsəlman dərslərinin və verilən məvaciblərin barəsində sonra yazaram. İndi biz müsəlman vəkillərinə və sahib rəylərinə gələk. Müsəlmanların ehtiyacı və ne yol ilə rahət və mərifətli olacaqlarını nəzər alıb ona görə qərəz və riyasız söz danışmağa dəvət olunan abrazovanmlanmızdan bir az bəhs edək. Bəhs edək, amma məsələ çox uzun, buraya sığmaz. Yaxşıdır ki, burasını da yenə sonraya buraxıb əvvəlinci şuraya çağırılan Sanıyev ilə bir az danışaq: A cənab, bildinizmi ki, nə cür böyük və ağır bir iş görməyə çağırıldınız? Bildinizmi ki, neçə milyon müsəlmanın diriliyi və ya ölümü zatİ-fərasət mabeyinizin yadı-ixtiyarına verildi? Bildinizmi ki, bu zəmanəyə, millətin bu halinə görə ehtiyacımız, dərdimiz nədir? Əgər bilib, ona görə müsəlman dərslərinin az olmasını istədinizsə, qeyrət ve qanacağınıza söz yox… bilməyib, özgənin ağzına baxıb danışıbsınızsa, qeyrət ve fərasətinizin nəhayəti yox… Millətin vəkili yerində olduğunuz üçün sizə bir neçə söz soruşmağa məcbur oldum. A təcrübəli müəllim, Gəncə və qeyri yerlərdəki müəllimliyinizdə nə qayırırdınız? Gəncə müsəlmanlarının sizə olan hörmətləri müqabilində nə iş gördünüz? Heç bir kərə təcrübə etmək istədinizmi ki, vəkili, əqillisi, böyüyü siz cənabınız olan bu məzlum millət uşaqlarının tərəqqisi nə yol ilə əmələ gəlir? Heç bilmək istədinizmi ki, ana dili ile olan təlim sayəsində millət balaları nə cür tərəqqi edirlər? Heç eşitmedinizmi ki, sizin kimi müəllimlərin ayağı Gəncə müsəlman-rus məktəbinə girməkdən əvvəl məktəbin tərəqqisi, şagirdlərin sanisi nə mərtəbədə idi? Ana dilinin nə dərəcədə gərək olduğunu müsəlman kəndlərində dərs verən gürcü və erməni müəllimlərindən heç duymadınızmı? Gürcü müəllimləri müsəlman kəndlərində müsəlman dilinin lüzumunu rəislərinə rəsmən yaza-yaza siz heç Öz ana dilinizi, ananızı tanımaq istəmirsiniz? Nə deyim. Bu barədə yazılacaq sözlər çəx. Lakin “Həyat”mı qiymətli sütunlarını belə adi yazılar ilə doldurmaq istəmirəm. İş, söz öz nəfsinizə məxsus olsaydı, sizin üçün bir meqale deyil, bır hərf belə yazmazdım. Burasını da deyim ki, təqsir yalnız sizdə deyil. Bu beş-altı milyon müsəlmanın içində təcrübəli, məlumatlı müəllim yalnız sizmi göründünüz? Halbuki çox müsəlmanlar ilə bərabər maarif rəisləri də bitirlər ki, heç bir yerdə üz suyu ilə müəllimlik vəzifesini yerinə yetirmədiniz… Ay mənim sevgili məzlum millətim, vaxtdır oyanaq. Vaxtdır iş görək. Bu sentyabr ayının on beşinə qədər hər uyezde, hər quberni-yada millət vəkilləri seçilib camaatın rahatlığım, məmləkətin abadlığını müzakirə edəcəkdir. Aman, aman, olmaya ki, şeytanlara, suya verənlərə, bir neçə istekan çayın xatirinə aldanıb quzu şəkildəki qurdları vəkil seçəsiniz. İş əhəmiyyətlidir. Zaman nazikdir. Olmaya ki, özünüzü içinizdən qurd yeyə, olmaya ki, öz əlinizlə öz qəbrinizi qazasınız. Sonradan of-tuf yol etməz. Bilmirsək, qonşularımızdan dərs və ibrət götürək.

F. Nemanzadə

“Həyat” qəzeti, 7 avqust 1905, №65